Facebook-da alver etmək olacaq
Bizi izləyin

Ekopublika.az

Facebook-da alver etmək olacaq

Facebook reklamda və xəbər lentində yeni almaq funksiyalarının testləşdirilməsinə başlayır.

Hazırda bu funksiya yalnız ABŞ vətəndaşları və kiçik firmalar üçün aktivdir. Bu funksiya vasitəsilə sosial şəbəkənin istifadəçiləri Facebooku tərk etmədən alış-veriş edə biləcəklər.

Alıcılara, həmçinin alış-veriş haqda məlumatların məxfiliyinin qorunacağı ilə bağlı söz verilib. Reklam verən şirkətlərə istifadəçilərin hesab balansı və şəxsi məlumatları haqda bilgilər verilməyəcək. istifadəçilər ödəniş haqda məlumatları yadda saxlayaraq, gələcək alış-verişi sadələşdirə bilərlər.

Hazırda Facebookun tərtibatçıları xəbər lentindən alış-veriş funksiyasının nə vaxt bütün istifadəçilər üçün təqdim ediləcəyi haqda bir məlumat vermirlər. Şirkət testlər haqda məlumatı almadan son tarix haqda heç nə demək istəmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm