Hesablama Palatası büdcəyə milyon manatdan çox pul qaytarıb
Bizi izləyin

Ekopublika.az

Hesablama Palatası büdcəyə milyon manatdan çox pul qaytarıb

Cari ilin ilk 6 ayı ərzində Hesablama Palatası 48 nəzarət tədbirinə başlayıb. Bundan 27-sinin nəticələri üzrə qərar qəbul olunub. Həyata keçirilməsi qərara alınmış tədbirlərin 4-ü dövlət büdcəsinin gəlirlərini, qalan 43-ü dövlət büdcəsinin, biri Dövlət Sosial Müdafiə Fondunun xərclərini əhatə edib.

Palatadan Publika.Az-a verilən məlumata görə, hesabat dövrü ərazində dövlət büdcəsinin xərclərini əhatə edən audit tədbirləri ilə yanaşı bir ekspert-analitik təhlildə başa çatdırılıb. Nəzarət tədbirlərinin əhatə etdiyi ümumi məbləğin 10,1%-ni sosial xərclər, 61,8%-ni əsaslı vəsait qoyuluşları təşkil edib. Audit olunan vəsaitin 80,8%-ni mərkəzləşdirilmiş xərcləri, 19,2%-ni yerli xərclər olub. Nəticələri barədə qərar qəbul olunmuş nəzarət tədbirləri üzrə Hesablama Palatası tərəfindən müvafiq qurumlara 36 təqdimat göndərilib.

2014-cü ilin ilk 6 ayı üçün, ümumilikdə 1479,8 min manat məbləğində vəsaitin bərpası, yerinə yetirilməmiş iş və xidmətlər üzrə 108,8 min manat məbləğində işlərin və xidmətlərin görülməsi, 1128,7 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların, dərman vasitələrinin büdcə təşkilatlarına təhvil verilməsi təmin edilib. 270,5 ştat vahidi azaldılıb.

Cari ilin 6 ayı ərzində həyata keçirilmiş audit tədbirləri nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən 113 nəfər məsul şəxs barəsində aidiyyəti orqanlar tərəfindən müxtəlif intizam tənbehi tədbirlərinin görülməsinə də nail olunub. Palata, kənar maliyyə nəzarəti orqanı kimi, antikorrupsiya fəaliyyətini davam etdirmişdir. Belə ki, 2014-cü ilin yanvar-iyun ayları ərzində 2 nəzarət tədbiri üzrə büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə, digər maliyyə pozuntularının müəyyən edildiyi nəzərə alaraq yoxlama materiallarının “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm