Rusiya Türkiyədən ərzaq alacaq
Bizi izləyin

Ekopublika.az

Rusiya Türkiyədən ərzaq alacaq

Rusiya ilə Türkiyə xarici ticarətlə bağlı müqavilə imzalayıb.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, müqavilə Türkiyədən Rusiyaya bəzi qida məhsullarının idxalını nəzərdə tutur. İdxalın strukturu açıqlanmasa da, Türkiyədən Rusiyaya ət və süd məhsulları, quş əti, meyvə, tərəvəz, balıq gətiriləcəyi deyilir.

Xatırladaq ki, iki ölkə arasında ticarət əlaqələri əvvəllər də mövcud idi. Strukturda yüngül sənaye məhsulları əsas yer tuturdu.

Qeyd edək ki, Rusiya Avropa və ABŞ-dan kənd təsərrüfatı və qida məhsullarının idxalına qadağa qoyub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm