• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan makro-iqtisadi inkişaf səviyyəsinə görə dünyada ən yaxşı onluğa daxildir

Azərbaycan makro-iqtisadi inkişaf səviyyəsinə görə dünyada ən yaxşı onluğa daxildir

İqtisadçı alim Vüqar Bayramov Dünya İqtisadi Forumunun son qlobal rəqabətlilik hesabatını şərh edir

Dünya İqtisadi Forumunun son Qlobal Rəqabətlilik Hesabatına görə, Azərbaycan 144 dövlət arasında 38-ci yeri tutub, MDB məkanında ən yüksək nəticə göstərib. 7 mümkün xaldan 4,53 xal toplayan Azərbaycan keçənilki göstərici ilə müqayisədə 1 pillə irəliləyib.

Azərbaycanın bu indeksə görə MDB ölkələri arasında yenə də birincı olması sevindirici olmaqla yanaşı, eyni zamanda ölkəmizin artan iqtisadi gücünü göstərir. Hesabatdan görünür ki, MDB ölkələri arasında Azərbaycana ən yaxın olan ölkəni bizdən 12 bal ayırır. Qazaxıstan 50-ci yerlə ilk əliliyə daxil olan ikinci dövlətdir. Ermənistan isə 85-ci yerlə hesabatın sonlarında gəlir.

Hesabatın metodologiyasına əsasən, ölkələr üzrə rəqabətqabiliyyətlik indeksi 3 əsas kateqoriya üzrə aparılır. Birinci kateqoriya üzrə əsas tələblər nəzərə alınılır. Bu kateqoriyada ölkəmizdə fəaliyyət göstərən institutların vəziyyəti, infrastruktur, makro-iqtisadi mühit və orta təhsil və səhiyyə üzrə qiymətləndirmələr aparılır. Qeyd edim ki, son hesabatda Azərbaycan makroiqtisadi mühitə görə dünya ölkələri arasında 9-cu sıradadır. Praktik olaraq bu Azərbaycanın makro-iqtisadi mühit söviyyəsin görə, dünyada ilk onluğa daxil olduğundan xəbər verir. Makroiqtisadi mühitin kəskin yaxşılaşması ölkəmizdə son aparılan makro-iqtisadi islahatlar o cümlədən electron hökumətin elementlərinin tətbiq edilməsi ilə bağlıdır. Proseduraların elektronlaşdırılması iqtisadi idarəetmənin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda ölkədə şəffaflığın genişlənməsinə gətirib çıxarıb. Səhiyyə kateqoriyasına daxil edilən indikatorların əksəriyyəti üzrə də Azərbaycan ilk onluğa daxil ola bilmişdir.

Qiymətləndirmədə ikinci qrup indikatorlar səmərəlilik üzrə təsnifləşdirilib. Bu qrup üzrə ali təhsilin keyfiyyəti daxil olmaqla, bazarın ölçüsü, maliyyə bazarının inkişafı kimi indikatorlardan istifadə edilib. Bu qrup üzrə də Azərbaycanın mövqeyində kəskin irəlləyişlər müşahidə edilib. Sonuncu qrup isə innovasiya səviyyəsinin qiymətləndirilməsidir ki, bura da ölkəmizin mövqeyi yüksək sıralardadır.

Hesabatın təhlili göstərir ki, Azəbaycan bir sıra indikatorlar üzrə dünyada ilk yerlərdən birini tutur. Məsələn, biznesə başlamaq indikatoruna görə Azərbaycan dünyanın bütün ölkələri üzrə ilk onluğa daxil olur. İnflyasiya səviyyəsinə görə, Azərbaycan dünyada liderdir və başqa bütün ölkələri qabaqlayır. Rezervrləin Ümumi Daxili Məhsuldakı payına görə, Azərbaycan dünyada 9-cu yerdədir. Bu isə məhz Azərbaycan iqtisadiyyatında artıq sığorta yastığının formalaşdırıldığından və ölkəmizdə dayanıqlı inkişafın təmin olunduğundan xəbər verir. Digər tərəfdən, xarici borcun ÜDM-də payına görə ölkəmiz dünyada 12-cidir. Biz, bu kateqoriya üzrə nəinki inkişaf etməkdə olan hətta əksər inkişaf etmiş ölkələri də geridə qoymuşuq. Deməli, bir tərəfdən Azərbaycanın valyuta rezervləri artır, digər tərəfdən isə xarici borcun ÜDM-də payı minimuma enir. Bu isə o deməkdir ki, Azərbaycan gələcəkdə baş verə biləcək hər hansı qlobal böhranların təsirindən indidən sığortalanıb. Qeyd edim ki, xarici borcum ölkəmizin ÜDM-də payı cəmi 8 faizdir. Digər əhəmiyyətli məqam dövlət gəlirlərinin ÜDM-də payına görə ölkəmizin ilk on beşliyə daxil olmasıdır. Bu isə ölkənin gəlirlərinin stabil və daimi artıdığından xəbər verir.

Beynəlxalq qiymətləndirmə göstərir ki, ölkəmizdə son illər ciddi insitutsional inkişaf qeydə alınmışdır. Belə ki, Azərbaycan biznes xərcinə görə dünyada ən yaxşı onluğa daxil ola bilib. İnvestorların hüquqlarının müdafiəsi sahəsində biz bir sıra inkişaf etmiş ölkələri geridə qoyaraq dünya dövlətləri arasında 22-ci yerə yüksələ bilmişik.

Sənəddən görsənir ki, Azərbaycan son illər gender iqtsiadiyyatında da ciddi uğurlara imza ata bilmişdir. Belə ki, ölkəmiz işçi qüvvəsində qadınların xüsusi çəkisinə görə dünya ölkələri arasında ilk iyirmiliyə daxil ola bilmişdir. Bu isə, müstəqiliyini sadəcə 20 ildən bir az artıq müddət öncə bərpa etmiş əhalisi əsasən müsəlman olan dövlət üçün kifayət qədər böyük uğurdur.

Hesabatda əhəmiyytli məqamlardan biri Azərbaycanda məhsuldarlıq səviyyəsinin yüksək olmasıdır. Belə ki, dünyanın əksər ölkələrinin bu sahədəki ciddi rəqabətinə baxmayaraq Azərbaycan bu kateqoriya üzrə ilk 35-ə daxil olub. Azərbaycan bu kateqoriya üzrə dünya ölkələri arasında 34-cü yerdədir. İxtisaslı kadrlarn cəlb edilməsi imkanlarına görə də hesabatda 34-cü yerdə qərarlaşmışıq ki, bu da region ölkələri arasında ən yaxşı, dünyada isə ən yaxşılarından olduğumuzu göstərir.

Hesabat hazırnana zaman hə iş adamları arasında 100-dən artıq sualdan ibarət olan sorğu keçirildiyini və Dünya İqtisadi Forumu müxtəlif mənbələrə, məsələn, beynəlxalq təşkilatların hesabatlarına istinad etdiyini nəzərə alsaq sənədin ciddiliyini qiymətləndirmək çətin olmaz. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq hesabatlarda liderliyini qoruyub saxlayir və gələcəkdə də ölkəmizin mövqeyi dəyişməyəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR