ÜDM 2,4 faiz artıb
Bizi izləyin

Ekopublika.az

ÜDM 2,4 faiz artıb

Yanvar-avqust aylarında ölkədə 39,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Publika.az xəbər verir ki, qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb. Onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,9 faizdən 57,3 faizədək yüksəlib.

ÜDM-in 61,9 faizi istehsal sahələrində, o cümlədən 45,0 faizi sənayedə, 11,8 faizi tikintidə, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub. 31,0 faizi isə xidmət sahələrinin payına düşüb.

Xidmət sektorunda əlavə dəyər istehsalının 25,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,3 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 47,0 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm