• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Opel” Rusiya ilə vidalaşmağa hazırlaşır

“Opel” Rusiya ilə vidalaşmağa hazırlaşır

“General Motors” tərkibinə daxil olan “Opel”in Rusiya bazarındakı istehsal və məşğulluq fəaliyyətlərini yenidən təşkil edəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, şirkətin rəhbərliyi bu barədə şərhdə, satış və qazanc rəqəmlərindəki geriləmə səbəbindən bu ölkədə istehsalı azaldacaqlarını deyib. İxtisarlar işçilərin də sayına şamil ediləcək. Bütün bu prosesləri həyata keçirmək üçün alman əsilli mütəxəssis tapılıb.

Qeyd edək ki, “Opel”in bu qərarı Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin Ukrayna böhranı səbəbiylə Moskva rəhbərliyinə qarşı elan etdiyi iqtisadi sanksiyaların əhəmiyyətli nəticələrindən biri kimi şərh olunur.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR