İdxal və ixracın həcmi azalıb
Bizi izləyin

Ekopublika.az

İdxal və ixracın həcmi azalıb

Cari ilin səkkiz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə ət, yağ idxalı artıb. Əvəzində süd, meyvə-tərəvəz, buğda idxalı azalıb.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin idxalı ilin ilk 8 ayının ümumi idxalına nisbətən 29 faiz azalıb. İxraca gəlincə, meyvə-tərəvəz, kimya sənayesi məhsullarının ixracı artıb. Əvəzində təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Rəqəmlər göstərir ki, ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixracın ümumi həcmi azalıb. Belə ki, 2013-cü ilin səkkiz ayında bu rəqəm 15,954,650.8 min dollar idisə, cari ildə 15,351,017.66 min dollar olub.

İdxala gəlincə, idxalda da azalma var. 2013-cü ilin müvafiq dövründə 7,131,943.11 min dollar olubsa, bu ilin avqustunda 5,613,565.77 min dollar təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm