• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına 105 milyon manat sərf edilib

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına 105 milyon manat sərf edilib

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün cari ildə 105 milyon manat vəsait sərf edilib.

Publika.az xəbər verir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz və yaxud 3 milyon manat çox vəsait deməkdir. Cari ildə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına isə 1 milyard 292 milyon manat yönəldilib. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2014-cü ilin 9 ayında dövlət büdcəsinin müvafiq xərc bölmələrindən 257,0 milyon manat, o cümlədən kəndlərarası yolların inşasının başlanması üçün ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 29,0 milyon manat vəsait ayrılıb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR