İlin-günün bu vaxtı SOCAR Ukraynaya sərmayəsini artırır
Bizi izləyin

Ekopublika.az

İlin-günün bu vaxtı SOCAR Ukraynaya sərmayəsini artırır

SOCAR Ukraynada premium-klass tipli yanacaqdoldurma şəbəkəsini genişləndirməkdədir.

Şirkətdən Publika.az-a verilən məlumata görə, SOCAR sayca 40-cı “SOCAR” YDM-i açıb. Burada alıcılara Polşa, Litva və Belarusun qabaqcıl emal zavodlarında istehsal olunan Avro-5 standartına cavab verən neft məhsulları - A-92, A-95, A-95 “Nano” benzini və “Nano” dizel yanacağı təklif edilir. YDM ərazisində “BUTA kafe” və mağaza fəaliyyət göstərir. Burada müştərilərə onların rahatlığını təmin edən bir sıra xidmətlər - avtomobillərin su təchizatı, yuyulması, təkərlərin doldurulması, dayanacaq, internet, mobil telefonların enerji təchizatı, kompüter, printer və skanerdən istifadə pulsuz təklif olunur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm