Rusiya böhranı Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanı vuracaq
Bizi izləyin

Ekopublika.az

Rusiya böhranı Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanı vuracaq

Beynəlxalq Valyuta Fondu (BVF) "Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində regional iqtisadiyyatın inkişaf perspektivləri" adlı hesabatını açıqlayıb. Hesabatda deyilir ki, Rusiyada iqtisadi artımın ləngiməsi ilə əlaqədar Qafqaz və Mərkəzi Asiya ölkələrində artım tempi təxminən ümumi daxili məhsulun 1 faiz bəndi azalacaq.

Publika.az xəbər verir ki, hesabata əsasən, Rusiya ilə sıx əlaqələri olduğuna görə regionda iqtisadi artım bu il 5,5 faiz, gələn il isə bir qədər azalacaq. Qeyd olunur ki, Rusiyadakı iqtisadi vəziyyət müxtəlif kanallar vasitəsilə Qafqaz və Mərkəzi Asiya regionunda artım perspektivlərinə xeyli təsir edib.

BVF-ın proqnozlarına əsasən, Qafqaz və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrində (Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan) iqtisadi artım bu il 5,6 faizədək azalacaq. Halbuki, 2013-cü ildə bu rəqəm 6,8 faiz olub. Hesabatda deyilir ki, bu ölkələr şaxələndirilmiş ixrac bazarları və büdcə ehtiyatları toplamağa imkan verən son illərdə neftin yüksək qiyməti sayəsində Rusiyada artımın yubanmasından müəyyən qədər qorunub. Proqnozlara əsasən, buna baxmayaraq, neft ixrac edən ölkələrdə qeyri-neft sektorunun artımı istehlak kreditləşməsinin yubanması, sərmayədarların ehtiyatlılığının artması, Rusiya və Ukrayna arasında münaqişə ilə əlaqədar geosiyasi risklərin artması səbəbindən təqribən 1 faiz bəndi azalacaq.

Fondun proqnozlarına görə, Qafqaz və Mərkəzi Asiyanın neft idxal edən ölkələrində (Ermənistan, Gürcüstan, Qırğızıstan və Tacikistan) artım tempi bu il ÜDM-in 4,6 faizinədək azalacaq. Həmçinin region ölkələrində inflyasiyanın səviyyəsinin artacağı gözlənilir. Neft ixrac edən ölkələrdə inflyasiya bu il 6,5 faizədək artacaq. Keçən il bu göstərici 6,3 faiz olub. Bu, əsasən, bəzi ölkələrdə milli valyutaların zəifləməsi ilə də əlaqələndirilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm