Ekopublika.az
Rus milyarderləri bir həftədə 10 milyard dollar itiriblər
Rusiyanın ən zəngin 20 milyarderi həftənin əvvəlindən
bəri ölkənin maliyyə bazarındakı böhran səbəbindən 10 milyard
dollara yaxın vəsait itiriblər.
Publika.az AzərTaC-a istinadən xəbər verir ki, bu barədə məlumat
iri şəxsi varidatın dinamikasını qiymətləndirən Bloomberg
Billionaires indeksinin hesabatında yer alıb.
2014-cü ilin əvvəlindən etibarən isə Rusiyanın ən varlı 20
milyarderinin itkiləri ümumilikdə 64 milyard dollara çatıb. Hazırda
onlar 174 milyard dollarlıq aktivə nəzarət edirlər.
Bloomberg-in hesablamalarına görə, "НОВАТЭКа" kompaniyasının
şərikləri Gennadı Timçenko və Leonid Mixelsonun aktivləri ilin
əvvəlindən müvafiq olaraq 7,8 milyard və 8,7 milyard dollar
qiymətdən düşüb. USM Holdinqın banisi Alişir Usmanovun varidatı isə
6,8 milyard dollar azalıb.
Novolipetsk metallurgiya kombinatının sahibi Vladimir Lisin 7,5
milyard, SMP bankının şəriki Arkadi Rotenberq 2,3 milyard, "Ренова"
kompaniyalar qrupunun şəriki Viktor Vekselberq 1,2 milyard dollar
“kasıblayıb”.
АФК "Система" kompaniyasının şəriki Vladimir Yevtuşenkov isə
Başqırdıstan yanacaq enerji kompleksinin qeyri-qanuni
özəlləşdirilməsi ilə bağlı aparılan təhqiqat fonunda var-dövlətinin
90 faizini - 9 milyard dollar itirib.
Rusiya milyarderlərinin ilk iyirmiliyində yer alan yalnız bir nəfər
- UC Rusal konserninin şəriki Oleq Deripaska varidatını artırmağa
nail olub. İxraca yönəlmiş alüminium konserninin aksiyaları il
ərzində 100 faiz bahalaşıb .
Bloomberg Billionaires indeksi dünya üzrə sahibkarların şəxsi
varidatını, onlara məxsus aktivləri makroiqtisadi konyunktura və
bazar məzənnəsinə görə qiymətləndirir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu