Neft şirkətləri çətin durumda
Bizi izləyin

Ekopublika.az

Neft şirkətləri çətin durumda

Xam neftin qiymətindəki ucuzlaşma neft istehsalçılarını pis vəziyyətdə qoyub.

Publika.az xəbər verir ki, dünyanın ən böyük mədən firması BHP Billiton ABŞ-dakı platformalarının sayını 40 faiz azaldacağını açıqlayıb.

2015-ci ildə sərmayələrini salmağa hazırlaşan neft istehsalçıları arasında Fransanın TOTAL şirkəti də var. Dünya İqtisadi Forumuna qatılan “TOTAL”in yeni rəhbəri Patrick Pouyanne 2015-ci ildə də şirkətə işə qəbulun donduracağını açıqlayıb. Pouyanne həmçinin 2014-cü illə müqayisədə Şimal Dənizindəki sərmayələrində 3 milyard dollar həcmində kəsintiyə gedəcəklərini açıqlayıb.

2014-cü ilin iyunundan bu yana neftin qiymətinin yarıbayarı azalması enerji sektorunda ixtisarları da artırıb. Ötən həftə bu sahədə işinə son verilənlərin sayı 17 minə çatıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm