Ekopublika.az
Polşa Bakıda metro tikəcək
Polşanın TINES şirkəti Bakı Metropoliteninin yeni xəttinin tikintisində iştirak edəcək. Bunu Trend-ə Polşanın Azərbaycandakı səfiri Marek Tsalka deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda şirkət və "Bakı Metropoliteni" QSC arasında anlaşma memorandumu imzalanacaq.
Bu layihədə şirkətin iştirakı haqqında danışıqlar son iki il ərzində aparılıb.
Diplomat qeyd edib ki, memorandumun imzalanması Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin Azərbaycana qarşıdakı səfəri çərçivəsində gözlənilir. Nazir mayda kənd təsərrüfatı məhsulları sərgisində iştirak etmək üçün Bakıya gələcək. Polşa nümayəndə heyətinin tərkibində ölkənin bir sıra iri firmalarının nümayəndələri olacaqlar.
M.Tsalka əlavə edib ki, Polşa ixtisaslı kadrların hazırlanmasına da yardım etməyə hazırdır: "Ölkəmizdə ilk növbədə iqtisadiyyat, mühəndislik kimi ixtisaslar üzrə yüksək keyfiyyətli təhsil almaq mümkündür. Biz Azərbaycan gənclərinə belə imkan verməyə hazırıq. Şərtlər Polşa Baş nazirinin müavininin Bakıya səfəri zamanı razılaşdırıla bilər".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR