Ekopublika.az
Azərbaycan Beynəlxalq Bankı Moskvada layihəyə başlayır
Alternativ bankçılıq üzrə pilot layihə aprel ayında işə
salınacaq. Publika .az AZƏRTAC - a istinadən
bildirir ki, bu barədə Rusiya Dövlət Dumasında ölkədə İslam
bankçılığının problemlərinə və inkişaf perspektivlərinə həsr
olunmuş “dəyirmi masa”da məlumat verilib.
Dövlət Dumasının maliyyə bazarı üzrə komitəsi və Rusiya -
Azərbaycan Dostluq Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə islam
maliyyələşdirməsi sahəsində aparıcı ekspertlər, Rusiya Federasiya
Şurasının, icra hakimiyyəti orqanlarının, Mərkəzi Bankın, iri
maliyyə təsisatlarının və bankların nümayəndələri iştirak
ediblər.
Görüşün moderatoru maliyyə bazarı üzrə komitə sədrinin müavini
Dmitri Savelyev olub. O, islam bankçılığını Rusiya ərazisində
uğurla tətbiq etmək üçün lazım olan bankların ticarət fəaliyyətinə
qadağanın ləğv edilməsi haqqında birinci qanun layihəsini bir gün
əvvəl baxılması üçün təqdim edib.
Ekspertlər razılaşıblar ki, yaranmış iqtisadi durumda Rusiyaya
maliyyə sistemini şaxələndirmək lazımdır. Onlar islam
maliyyələşdirməsini bu sahənin perspektivli istiqamətlərindən biri
kimi müəyyən ediblər.
Rusiya Bankı sədrinin müavini Aleksandr Torşin deyib: “Ölkəmizdə
İslam banklarının açılmasının müsbət cəhətlərindən biri bütövlükdə
bank sisteminə etimadın artdığını göstərir. İdeya özü bizə maraqlı
gəlir. Mərkəzi Bank məqsədyönlü və qanuni olan bütün təşəbbüsləri
nəzərdən keçirməyə hazırdır”.
Dünya bank birliyi islam bankçılığına çoxdan müsbət yanaşır.
“İştirakçı banklar” MDB ərazisində, o cümlədən müsəlman əhalinin
üstünlük təşkil etdiyi ölkələrdə uğurla fəaliyyət göstərir.
Müxtəlif hesablamalara görə, Rusiyada təqribən 20 milyon müsəlman
yaşayır. Onların hamısı islam bank sisteminin potensial
müştəriləridir. Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi “dəyirmi
masa”da bildirib ki, təmsil etdiyi bank rusiyalı müştərilərə maraq
göstərir.
Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinin
direktoru Bəhnam Qurbanzadə deyib: “Biz əməkdaşlığa tam hazırıq.
Alternativ maliyyələşdirmə üzrə pilot layihə bu ilin aprelində
Moskvada işə salınacaq. Artıq onun üçün 1 milyon dollar həcmində
maliyyələşdirmə ayrılıb. Sonra mövcud qanunvericilik çərçivəsində,
habelə şəriət normaları nəzərə alınmaqla, Moskvada 3-4 iri layihə
yenidən maliyyələşdiriləcək. Biz bunun necə işlədiyini
yoxlayacağıq. Gələcəkdə əhalinin vəsaitini cəlb etmək üçün
depozitlər tətbiq etməyi planlaşdırırıq. Bakıda bu istiqamət çox
inkişaf edib, çünki belə depozitlər üzrə faiz dərəcələri
yüksəkdir”.
Maliyyə bazarı üzrə komitədə bu təşəbbüs müsbət qarşılanıb.
Maliyyə bazarı üzrə komitə sədrinin müavini Dmitri Savelyev deyib:
“İslam maliyyə modelini ölkəmizin ərazisində tətbiq etməyin çox
böyük üstünlükləri var. Hazırda biz islam maliyyə sistemini Rusiya
iqtisadiyyatına uğurla inteqrasiya etmək üçün qanunlara düzəlişlər
üzərində işləyirik. Biz Azərbaycan Beynəlxalq Bankı ilə hərtərəfli
əməkdaşlığa ümid bəsləyirik. Onun bank məhsullarının bu növü ilə
böyük, başlıcası isə uğurlu iş təcrübəsi var. Metodologiyanı əxz
etmək yenidən velosiped icad etməkdən daha səmərəlidir. Zənnimcə,
artıq yaxın vaxtlarda islam kapitalını Rusiya iqtisadiyyatına cəlb
etmək mümkün olacaq”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu