Ekopublika.az
Növbəti Astana iqtisadi forumu mayın 21-22-də keçiriləcək
Mayın 21-22-də VIII Astana iqtisadi forumu (AİF)
keçiriləcək.
Forumda aktual iqtisadi problemlərin və imkanların, iqtisadi
inkişafın möhkəmləndirilməsinə yardım tədbirlərinin müzakirəsi,
dünya iqtisadiyyatının tərəqqisinə dair mühüm suallara aydınlıq
gətirilməsi planlaşdırılır.
Əsas mövzusu “İnfrastruktur: iqtisadiyyatın sabit inkişafının
drayveri” olan tədbirdə müasir şəraitdə sabit inkişafın mühüm amili
kimi infrastrukturun modernləşdirilməsi və inkişafı məsələlərinin
müzakirəsi nəzərdə tutulur.
Forumun əsas tədbirləri plenar iclas, investisiya forumu, Asiya və
Avropa liderlərinin forumu, Avrasiya iqtisadi konqresi, Böyük İpək
yolunun dirçəldilməsi mövzusunda iclas və urbanizm forumudur.
Bu tədbirlərin təşkilində BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı,
Avrasiya İqtisadi Komissiyası və s. beynəlxalq təşkilatların
tərəfdaş qismində iştirakı planlaşdırılır.
AİF hər il dünyanın 80-dən çox ölkəsindən mindən çox nümayəndəni, o
cümlədən dövlətlərin birinci şəxslərini, aparıcı siyasətçiləri,
Nobel mükafatı laureatlarını, tanınmış alimləri, jurnalistləri,
biznes, elita nümayəndələrini bir araya toplayır.
Builki Forumun işində də dünyanın 80-dən çox ölkəsinin siyasi,
iqtisadi və biznes dairələrinin təqribən 3 min nümayəndəsinin
iştirakı gözlənilir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu