Mərkəzi banklar qızıl rezervlərini azaldırlar
Bizi izləyin

Ekopublika.az

Mərkəzi banklar qızıl rezervlərini azaldırlar

Dünyanın mərkəzi bankları qızılla rezervlərini azaltmaq qərarına gəliblər. Qeyd edək ki, 2015-ci ilin martında qızıl rezervlərinin həcmi 11,6 trilyon dollar olub.

Publika.az “Bloomberg”ə istinadən bildirir ki, 2004-2014-cü illərdə Mərkəzi Bankların qızıl rezervləri 5 dəfə artıb. 2015-ci ildə rezervlər azalıb. Belə ki, 2014-cü ildə bu rəqəm 12 trilyon dollar təşkil edibmiş. Analitiklər hesab edir ki,azalma dolların avro və digər valyutalara nisbətən dəyərinin möhkəmlənməsi ilə bağlı ola bilər. Ehtiyatların azalmasının dünya bazarlarında bir sıra dəyişikliklərə səbəb olacağı da güman edilir. “Credit Suisse” in qiymətləndirmələrinə görə, dünya üzrə rezervlərin üçdə ikisinin məxsus olduğu Mərkəzi Banklar dördüncü rübdə 54 milyard dollar itiriblər. Hansı ki analoji hadisə 2008-ci ildə maliyyə böhranı zamanı qeydə alınıb.

Dünyada ən çox qızıl rezervlərinə sahib olan Çin ehtiyatlarını 4 trilyon dollardan 3,8 trilyona endirib. Rusiyanın qızıl rezervləri isə 25% azalıb. 361 milyard dollar təşkil edib. Səudiyyə Ərəbistanının rezervləri 721 milyard dollara qədər azalıb.

“Deutsche Bank”ın ekspertlərinə görə, tendensiya neftin qiymətinin düşməsi fonunda yaxın aylarda da davam edəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm