Qızıl bahalaşır
Bizi izləyin

Ekopublika.az

Qızıl bahalaşır

Qızıl bahalaşır

Son 4 ayda qızılın qiyməti ən yüksək səviyyəyə çıxıb.

Çərşənbə günü beynəlxalq bazarlarda qızılın unsiyası 1345,37 dollara yüksəlib.

İnterAz Marja-ya istinadən xəbər verir ki, ilin əvvəlindən bu yana qızılın qiyməti 11% bahalaşıb. Qiyməti hazırda 22 dolları aşan gümüşün qiyməti isə ilin əvvəlindən bu yana 12% artıb.

Ekspertlər bildirirlər ki, ABŞ istiqrazlarının faizi düşdüyü üçün qızılın qiyməti artır. İnvestorlar pullarını qiymətli kağızlara yatırmaqdansa qızıla sərmayə edirlər.

Bundan başqa, Ukraynada baş verən hadisələrin Rusiya üçün gərginlik yaratma ehtimalının da qiymətlərin yüksəlməsinə təsir göstərdiyi bildirilir.

Ekspertlər qeyd edirlər ki, əgər qızılın unsiyasının qiyməti 1350 dolları keçsə, qiymət artımı davam edə bilər.

İsveçrənin UBS bankı da ötən həftə 2014-cü il üzrə qızıl qiyməti üçün proqnozunu 1200 dollardan 1400 dollara yüksəldib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm