Serbiya Putinin layihəsindən imtina edir
Bizi izləyin

Ekopublika.az

Serbiya Putinin layihəsindən imtina edir

“Türk axını” layihəsi Serbiya üçün əlverişsizdir və ölkə ərazisində onun reallaşdırılması imkanlarını görmür”.

Publika.az xəbər verir ki, bu barədə Serbiyanın prezidenti Tomislav Nikoliç “İnterfaks” agentliyinə müsahibəsində bildirib.

Serbiya prezidenti bildirib ki, “Cənub axını” bütün şərtlərə görə ölkə üçün daha rahat idi.

“Cənub axını" layihəsinə görə Serbiya tranzit ölkə olmalı idi. Razılıq əldə olunmuşdu ki, Rusiya tərəfi “Cənub axını”nı Serbiya ərazisində kredit əsasında maliyyələşdirəcək və biz qazın tranzitindən əldə olunan gəlirlə bu krediti ödəyəcəyik. Əgər “Cənub axını” Avropa Birliyi üçün problem idisə, mən əminəm ki, Brüssel “Türk axını”nın Serbiya vasitəsilə keçməsinə icazə verməyəcək. Bu boru kəməri Yunanıstandan Serbiyaya çəkilməlidir. Amma bu halda serb tərəfi kəmərin öz ərazisindəki tikintisini maliyyələşdirməli olacaq. Yəni, tranzit ölkə olmayacaq və sadə istehlakçı kimi qazı almağa məcburdur. Düşünürəm ki, “Türk axını”nın reallaşması qeyri-mümkündür. “Cənub axını” Serbiyanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətli idi və onun reallaşdırılmasından imtina bizim üçün böyük problem olacaq”, - Serbiya prezidenti vurğulayıb.

Xatırladaq ki, ötən ay Yunanıstan, Serbiya, Makedoniya, Macarıstan və Türkiyə xarici işlər nazirlərinin görüşündə “Türk axını” qaz kəməri layihəsində iştirak etmək arzularını ifadə ediblər. Görüşdə energetika əməkdaşlığı haqqında bəyannamə də imzalanıb. Rəsmi Belqradın mövqeyinin belə tezliklə dəyişməsi isə maraq doğurur.

Rusiyalı ekspert Aleksey Beloqorev hesab edir ki, Serbiyasız “Türk axını” layihəsinin reallaşdırılması coğrafi səbəblər baxımından qeyri-mümkündür. Onun sözlərinə görə, Serbiyanın layihədən imtina etməsi Avropa Birliyinin təzyiqi ilə bağlıdır.

Rusiya Elmlər Akademiyasının beynəlxalq iqtisadiyyat məsələləri üzrə İMEMO institutunun Avropa Tədqiqatları Mərkəzinin rəhbəri Aleksey Kuznetsov öz növbəsində əminliyini ifadə etdi ki, bəyanatlara və siyasi təzyiqə baxmayaraq, avropalılar Rusiya qazı olmadan keçinə bilməyəcəklər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2014-cü ilin dekabrında Türkiyəyə səfəri zamanı “Cənub axını” layihəsindən imtina edərək “Türk axını” layihəsini elan edib. Qara dənizin dibi ilə çəkiləcək “Türk axını” kəməri Rusiya qazını Türkiyə üzərindən Avropaya çatdıracaq. Kəmərin illik ötürücü qabiliyyəti 63 milyard kubmetr olacaq.

Avropa Birliyi isə “Türx axını”na maneə olmaq üçün Ukraynanın boru kəmərləri ilə gələcəkdə Rusiya qazını almaq niyyətində olduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm