Heyvanların sığortası 2,8 dəfə artıb
Bizi izləyin

Ekopublika.az

Heyvanların sığortası 2,8 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında sığorta ödənişlərinin ən ciddi artımı həyatın yaşam sığortasında qeydə alınıb.

Publika.az xəbər verir ki, bu növ sığortada ödənişlər 11,5 dəfə artaraq 16,3 milyon manat təşkil edib. Bundan başqa, həyatın ölüm halından sığortasında ödəniş 3,5 dəfə artaraq 942,2 min manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 2,8 dəfə artaraq 159,6 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 1% artaraq 378 min manat, tibbi sığortada 14,7% artaraq 16,9 milyon manat, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortada 14,1% artaraq 811,7 min manat, avtomobillərin icbari sığortasında isə 19,2% artaraq 10,4 milyon manat təşkil edib.

4 ay ərzində sığorta ödənişlərinin ən çox azalması əmlakın yanğından və digər risklərdən sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödəniş 85,7% azalaraq 771,5 min manat təşkil edib. Bundan başqa, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 80,9% azalaraq 2 min manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 78,9% azalaraq 62,3 min manat olub.

Sığorta ödənişlərinin məbləği səfər sığortasında 19,6% azalaraq 68,4 min manat, kasko sığortasında 4% azalaraq 8,4 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 51,5% azalaraq 320,1 min manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm