Rövnəq Abdullayev İraqın neft naziri ilə görüşüb
Bizi izləyin

Ekopublika.az

Rövnəq Abdullayev İraqın neft naziri ilə görüşüb

Dövlət Neft Şirkətinin Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayevlə İraqın neft naziri Adil Abdulmahdinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Publika.az xəbər verir ki, qonaqları səmimi salamlayan Rövnəq Abdullayev dəvəti qəbul edib Azərbaycana səfər etdiyinə görə iraqlı nazirə təşəkkürünü bildirib. Bu səfərin Azərbaycan-İraq münasibətlərinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini qeyd edib. Nazir dünyada sənaye üsulu ilə ilk neftin Azərbaycanda çıxarılması haqqında məlumatlı olduğunu söyləmiş, İraqda ilk neft quyusunun ötən əsrin əvvəllərində qazıldığını diqqətə çatdırıb. Qonaq səfər əsnasında Azərbaycanda gedən sürətli inkişafın şahidi olduqlarını və SOCAR-ın bu inkişafın önündə getdiyini vurğulayıb.

SOCAR prezidenti isə əməkdaşlıq üçün geniş fəaliyyət imkanlarının mövcud olduğunu qeyd edib. Şirkətin istehsalat sahələri və həyata keçirdiyi layihələrlə tanışlıq üçün qonaqlara şərait yaradılacağını söyləyib. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm