l Avropa Oyunları hansı iqtisadi dividentlər gətirdi? – AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

l Avropa Oyunları hansı iqtisadi dividentlər gətirdi? – AÇIQLAMA

“Azərbaycan l Avropa Oyunları kimi möhtəşəm bir idman yarışlarının ev sahiblik etdi. Cəmi iki il yarım öncə ölkəmiz bu möhtəşəm oyunların təşkilinə başlayanda Avropa bəzi dairələr gənc dövlətin qısa zamanda bu işin öhdəsindən gələcəyini inanmasalar da, Azərbaycan əksər ölkələrin edə bilməyəcəyini reallaşdırdı”.

Bunu Punlika.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bilbirib ki, qısa zamanda nəinki qədim qitəni, bütövlükdə bütün dünyanı heyran edəcək möhtəşəm yarışlar üçün infrastruktur və real baza formalaşdırıldı: “Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxuna sahib olan Azərbaycanının Avropada ilk dəfə olaraq bu oyunlara ev sahiblik etməsi və qitə tarixində yeni mərhələnin əsasını qoyması məhz onun iqtisadi və siyasi gücünün sintezi nəticəsində baş verdi. Təbii ki, artıq geridə qalan möhtəşəm idman yarışlarına yalnız geosiyasi deyil, eyni zamanda iqtisadi bir təşəbbüs kimi baxılmalıdır. Birinci Avropa Oyunlarının iqtisadi faydalılığını hiss etmək üçün heç də uzun müddət gözləmək lazım gəlmədi. Məhz yarışların keçirildiyi müddətdə kiçik və orta sahibkarlıq daxil olmaqla ölkə iqtisadiyyatının fərqli seqmentləri məhz bu faydalılığı hiss etdilər”.

Mütəxəssisin sözlərinə görə, regional və qlobal yarışları təşkil edən zaman hər bir dövlət çalışır ki, daha çox turist cəlb etməklə iqtisadiyyatına sərmayə axınını genişləndirsin: “Hər zaman xarici kapitala əlverişli biznes mühiti formalaşdıran ölkəmiz birinci Avropa Oyunları zamanı da öz imkanlarını xaricilərə bir daha tanıtdı. Etiraf etmək lazımdır ki, ölkənin müstəqillik tarıxındə heç zaman qısa müddətdə bu qədər çoxlu turist cəlb edilməmişdi. Əslində, turizm sektoru Avropa oyunlarının keçirilməsindən öncə də bu möhtəşəm yarışların təşkilindən ən çox qazanan sahə kimi qiymətləndirilirdı. Turizm üçün sözügedən oyunlarının təşkil edilməsi həm cari, həm də strateji baxımdan əlverilşli oldu. Əvvəlla, I Avropa Oyunları keçirilən müddətdə xeyili sayda turist ölkəmizə səfər etdi. Turistlərin sayının çox olması məhz qərəzli qara “piar” kampaniyalarına baxmayaraq xaricdə də sözügedən oyunlara marağın yüksək olduğunu göstərdi. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərci 1000 dollardır. Avropa oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollardan artıq sərmayə yönəltdi. Bu isə o deməkdir ki, turizm sektoru oyunların keçirilməsindən birbaşa gəlir əldə edə bildi. Gəlirlər təbii ki, heç də turizm şirkətləri, hotellər ilə tamamlamadı, daha geniş miqyası əhatə etdi. Bizim apardığımız monitorinqlər göstərdi ki, ölkəmizə gələn turistlər sadəcə paytaxtda deyil, eyni zamanda bölgələrə də səfər edərək bütövlükdə ölkə iqtisadiyyatına töhvə verdilər.

İkincisi, turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazandı. Ölkəyə gələn turist müxtəlif xidmətlər faydlandə və bu da həmin sahələrə əlavə sərmayəni yönəldilməsi deməkdir. Üçüncüsü, I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda bildik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Turizm sektorunun priortitet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və starteji gəlirlər əldə edə bildi”.

İqtisadçı I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin manata olan tələbə necə təsir göstərməsinə də toxunub: “Qitədə ilk dəfə təşkil edilən bu oyunlar milli valyutaya tələbin artmasına səbəb oldu.

Azərbaycana gələn xaricilər özləri ilə xarici valyuta gətirdilər. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb oldu. Bu isə Arvopa oyunlarının ölkəmizdə təşkil edilməsinin maliyyə stabilliyinin möhkəmləndirilməsin töhvə verməsi kimi qiymətləndirilməlidir. Avropa oyunları keçirilən müddətdə apardığımız monitorinqlər göstərdi ki, bütün valyuta dəyişmə məntəqələrində xarici valyuta bolluğu yaranıb. Bu isə bilavastə möhtəşəm oyunların təşkili nəticəsində ölkəmizə daxil olan valyutanın həcminin artması ilə əlaqədar idi. Ölkəyə gələn turist öz vəsaitini milli valyutaya çevirdilər və dönərli valyuta bolluğu formalaşdı. Qlobal və regional iqtisadiyyatda baş verənlər fonunda xarici valyuta təklfinin artmasl olduqca vacib idi. Bu eyni zamanda Mərkəzi Bankı intervensiya xərcinin azaldılması baxımından əhəmiyyətli idi”.

V.Bayramovun sözlərinə görə, oyunların keçirilməsindən iqtisadi baxımdan udan tərəflərdən biri də kiçik və orta sahibkarlıqdır: “I Avropa Oyunları turistlərin ölkəmizə gəlməsi səbəbindən müxtəlif xidmətlərə tələb formalaşdırdı. Ölkəyə gələn turistlər çox fərqli xidmətlərdən istifadə etdilər. Aydındır ki, bu xidmətlərin əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təklif edilir. Çoxlu sayda turistlərin ölkəmizə gəlməsi kafe və restoranlar daxil olmaqla çox fərqli xidmətlərdən istifadə edənlərin sayının artmasına səbəb oldu. Apardığımız monitorinqlər göstərdi ki, turistlərin oyunlar keçirildiyi müddətdə həyata keçirəcəyi sərmayənin böyük qismi məhz kiçik və orta sahibkarların faydalanmasına yönəldi. Kiçik və orta sahibkarlar, fərdi iş adamları arasında apardığımız sorğular göstərir ki, birinci Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi onların gəlirlərinin artmasına səbəb olub. Xidmətə tələb artıb və bu da ümumi dövriyyənin yüksəlməsinə gətirib çıxarıb. Təbii ki, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan üçün əsas prioritet istiqamət olduğu üçün bu möhtəşəm oyunların təşkilinin əsas iqtisadi hədəflərindən biri məhz bu sektora dəstək idi. Suvener istehsalı və satışı daxil olmaqla çox fərqli məhsulların və xidmətlərin satışınə həyata keçirən fərdi sahibkarlar məhz bu oyunların təşkilindən gəlir əldə edən iş adamları oldular. Sadəcə paytaxtda deyil, eyni zamanda regionlarda yerləşən və fəaliyyət göstərən kiçi sahibkarlıq subyektləri də oyunların ölkəmizdə təşkilindən gəlir əldə edə bildilər. Gələn tursitlərin bir qisminin regionlara səfər etməsi məhz bu imkanın reallaşmasına imkan verdi.

Praktik olaraq, birinci Arvopa Oyunları kiçik və orta sahibkarlar üçün həm cari, həm də strateji faydalılıq demək oldu. Strateji baxımdan da sahibkarlıq bu oyunların təşkilindən faydalanmaq imkanı əldə etdi”.

V.Bayramov deyir ki, formalaşan infrastruktur sonradan başqa möhtəşəm idman yarışlarının təşkilinə imkan yaradacaq: “Azərbaycan formula 1, İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa çempionatının yarımfinal oyunları kimi ciddi və möhtəşəm yarışları təşkil edəcək. Bu isə o deməkdir ki, artıq inkişaf etmiş infrastruktur bizə imkan verəcək ki, həmin yarışların təşkilindən faydalana bilək. Sözügedən yarışların təşkili ölkəmizi yenidən çoxlu sayda tursitlərin gəlməsi deməkdir. Deməli, iqtisadiyyatın müxtəlif sahələri faydalana biləcək. Vətəndaşlarımız bu oyunların təşkilindən iqtisadi fayda əldə edəcəklər. Bu isə o deməkdir ki, ölkəmiz İ Avropa Oyunlarının keçirməklə əslində strateji baxımdan Azərbaycana yaxın gələcəkdə ciddi gəlirlər vəd edən təşəbbüsü reallaşdırır. Digər tərəfdən, inkişaf etmiş infrastruktura malik olmaq ölkəmizin rəqabət qabliyyətini artırır və bu da sərmayə qoyluşların çoxalması baxımdan vacibdir”.

Məlum olur ki, oyunların ölkəmizdə təşkil edilməsi Azərbaycanın makro-iqtisadi göstəricilərinə və o cümlədən makro-iqtisadi dayanıqlı stabilliyin qorunmasına birbaşa təsir oldu: “Əvvəlla, sözügedən oyunların təşkili nəticəsində müxtəlif makro və mikro göstəricilərin daha da yaxşılaşması makro-stabillik baxımdan olduqca vacibdir. Aydındır ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün müxtəlif sub-sektorların bu təşəbbüslər vasitəsi ilə dəstəklənməsi olduqca vacibdir. Üçüncüsü, mövcud infrastrukturun inkişafı eyni zamanda xarici sərmayələrin cəlb edilməsi və investisiya baxımından vacibdir.Bu möhtəşəm idman yarışmasının təşkili üçün ayrılan vəsaitin 78 faizi infrastruktur xərcləridir. Yəni, xərclənən vəsait Bakı və eləcə də ölkəmizin infrastrkturunun daha da yaxşılaşdırılmasına xidmət edir. İnfrastruktur isə qalır. Ölkəmiz bu infrastrukturdan uzun müddət istifadə etmək imkanı qazanmaqla yanaşı eyni zamanda xarici sərmayənin ölkəmizə gəlməsini təşviq edə biləcək. İ Avropa Oyunları aspektindən infrastrukturun daha genişlənməsi ölkəmizin rəqabət qabiliyyətini artırdı. Bu isə ölkəmizin xüsusən də qeyri-neft sektoruna daha çox sərmayə cəlb etməsinə imkan verəcək. Deməli, İ Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi xarici sərmayəni stimullaşdırmaqla yanaşı iqtisadiyyatın diversifikasiyasına pozitiv təsir göstərir. Yarışların başa çatmasına baxmayaraq, xarici sərmayələr qeyri-neft sektorunun inkişafını təşviq etməklə yerli istehsalın genişlənməsinə və ixracın həcminin artmasına səbəb olacaq.

Avropa Oyunları Azərbaycanın daha da tanıdılması mümkün oldu. Bu ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək.

Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi eyni zamanda qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar, ölkəmizin infrastruktrunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət qabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq. Təbii ki, gəlirlər sadəcə qısa müddətli dövrü əhatə etmədi, ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəət əldə etmək üçün istifadə edə biləcək.”

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm