İslamiada: Azərbaycan boksçuları 3 qızıl, 3 gümüş, 1 bürünc medal qazandı (YENİLƏNDİ) - - FOTOLAR
Bizi izləyin

İslamiada

İslamiada: Azərbaycan boksçuları 3 qızıl, 3 gümüş, 1 bürünc medal qazandı (YENİLƏNDİ) - - FOTOLAR

Boks üzrə final döyüşlərinə yekun vurulub.

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə final döyüşlərinə yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan boksçuları 3 qızıl, 3 gümüş, 1 bürünc medal qazanıblar.

Əvvəlcə rinqə 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev çıxıb.

O, iraqlı Ammar Kərbəlayi ilə qarşılaşıb. 3 raundluq döyüşün sonunda hakimlər yekdilliklə Çələbiyevi qalib elan ediblər. Çempionu dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mükafatlandırıb.

69 kq çəkidəki Tamerlan Abdullayev isə özbəkistanlı Bobo-Usmon Baturovla üz-üzə gəlib. Görüş Baturovun qələbəsi ilə yekunlaşıb.

75 kq çəkidəki Kamran Şahsuvarlı finalda qazaxıstanlı Tursunbay Kulahmetlə görüşüb. Döyüş hakimlərin yekdil qərarı ilə Kulahmetin qələbəsi ilə başa çatıb.

81 kq çəkidə yer alan Rauf Rəhimov finalda türkmənistanlı Arslanbek Açilovla qarşılaşıb. Hakimlər qələbəni Açilova veriblər.

91 kq çəkidəki Teymur Məmmədov finalda türkiyəli Burak Akşinlə qarşılaşıb. Bu görüşdə Azərbaycan təmsilçisi qalib gəlib.

Nəhayət, 91 kq-dan yuxarı çəkidə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov həlledici qarşılaşmada suriyalı Manaf Asadı yenib.

Qeyd edək ki, boks növündə Azərbaycana yeganə bürünc medalı 56 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev qazandırıb.

Boks

Final

60 kq. Cavid Çələbiyev - Ammar Kərbəlayi (İraq)

69 kq. Tamerlan Abdullayev - Bobo-Usmon Baturov (Özbəkistan)

75 kq. Kamran Şahsuvarlı - Tursınbay Kulahmet (Qazaxıstan)

81 kq. Rauf Rəhimov - Arslanbek Açilov (Türkmənistan)

91 kq. Teymur Məmmədov - Burak Akşin (Türkiyə)

+91 kq. Məhəmmədrəsul Məcidov - Manaf Asad (Suriya)

Bakı Kristal Zalı-2

***

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 51-ci qızıl medalını qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Cavid Çələbiyev finalda İraq idmançışı Əmmar Kərbəlayi ilə qarşılaşıb.

Təmsilçimiz həlledici görüşdə rəqibini məğlub edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm