Anar Nağılbazın porno videosu və göz yaşları
Bizi izləyin

Köşə

Anar Nağılbazın porno videosu və göz yaşları

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Eşidəndə ki, Anar Nağılbazın porno videosu yayılıb, düzü, əvvəl o qədər də maraq göstərmədim, çünki bəzi saytlara, xüsusən də onların başlıq siyasətinə inanmıram. Fikirləşdim ki, yəqin, elə-belə şeydir, redaktorlar özlərindən hoqqa çıxarıblar. Get-gedə məsələnin ciddiləşdiyini görəndə isə maraq məni bürüdü ki, qoy mən də məlum-məşhur videoya baxım, kimin balasından əskiyəm?

Videoya baxandan sonra məşhur bir lətifəni təzədən yadıma salıb xeyli güldüm. Deməli, bir çoban olur. Çöldə qoyun otarır. Bərk də külək əsir. Birdən qulağına səs gəlir. Çobanı maraq bürüyür, səsin ardınca düşüb gedir, gedir, gedir, axırda görür ki, kolun dibində bir oğlan bir qızı xoruz toyuğun belinə tullanan pozada zorlayır. Həmişə xoruzu toyuğun, qoçu qoyunun, köpəyi qancığın belində görən çoban bu dəfə oğlanı qızın belində görüb dəhşətə gəlir.

Nəysə ki, oğlana zorlama maddəsi ilə cinayət işi açılır, çoban da hadisə şahidi kimi bir neçə məhkəmə prosesində iştirak eləməli olur. Çoban birinci prosesdə deyir:

– Möhtərəm hakim, bərk külək əsirdi. Çöldə qoyun otarırdım. Birdən qulağıma səs gəldi. Maraq məni bürüdü və yavaş-yavaş səsə tərəfə getdim. Bir də gördüm kolun dibində – əlini məhkəmə zalında oğlana uzadır – bu oğlan – o biri əlini də qıza uzadır – bu qızı tutub...

Çoban fikrini ən vulqar sözlə ifadə edir və birinci məhkəmə prosesindəcə onun öz üslubunda danışması ciddi iradla qarşılanır. Bərk-bərk tapşırırlar ki, heç olmasa, “cinsi əlaqə” sözündən istifadə eləsin. Bir müddətdən sonra çoban şahid kimi təzədən məhkəmədə iştirak edir. Və o, bu dəfə öz çıxışını verilən təlimata əsasən, ciddi redaktə eləyir, fikirlərini mədəni şəkildə dilə gətirir.

– Möhtərəm hakim, bərk külək əsirdi. Çöldə qoyun otarırdım. Birdən qulağıma səs gəldi. Maraq məni bürüdü və yavaş-yavaş səs gələn tərəfə getdim. Bir də gördüm kolun dibində – əlini məhkəmə zalında oğlana uzadır – bu oğlan – o biri əlini də qıza uzadır – bu qızla cinsi əlaqədə olur.

Və nəhayət, üçüncü və sonuncu məhkəmə prosesində çoban şahid kimi cinayət işinin taleyini yenə də öz üslubunda həll eləyir.

– Möhtərəm hakim, bərk külək əsirdi. Çöldə qoyun otarırdım. Birdən qulağıma səs gəldi. Maraq məni bürüdü və yavaş-yavaş səs gələn tərəfə getdim. Bir də gördüm kolun dibində – əlini məhkəmə zalında oğlana uzadır – bu oğlan – o biri əlini də qıza uzadır – bu qızla...

Çoban bir qədər fikrə gedir və təzədən dillənir:

– Nə cinsi əlaqə e? Əməlli-başlı...

Çoban yenə də fikrini həmin ən vulqar sözlə ifadə edir.

Əziz oxucu, əziyyət çəkib biədəb sözlərlə dolu olan bu boyda lətifəni danışmaqda məqsədim ondan ibarətdir ki, doğrudan da, Anar Nağılbazın videosu porno-zad deyildi. Çünki porno çox mədəni sözdür. Çoban demişkən, Anar əməlli-başlı... Və düzü, mənə elə gəldi ki, o video montaj deyildi, həqiqət idi. Və bunu sübut eləyən ən birinci fakt isə Anar Nağılbazın göz yaşları oldu. Düzdür, Vaqif Bayatlı deyir, kişi də ağlaya bilər, o da insandır, gözü, könlü var. Amma belə bir şeyə görə ağlamaq məncə, özünü ələ verməkdir.

Anar Nağılbaz yaxşı sənətkardır. Çox istedadlıdır. Reperlərimiz arasında öz savadına, ağlına görə seçilir. Bir çox hallarda onu Azərbaycan repinin atası da hesab edirlər. Anarı maraqlı eləyən replərindəki sosial etirazdır. Onun yaradıcılığı Elşad Xose, rəhmətlik Hüseyn Dərya kimi məişət mövzularından, yaxud sevgidən, məhəbbətdən ibarət deyil. Avtobus vaxtında gəlmədi, gecikdi, maşın yolu kəsdi, sular partladı və s. Bu mövzulardan fərqli olaraq, Anarda sosial etiraz daha qabarıqdır. Repin də bir janr kimi əsas xüsusiyyəti budur. Necə ki, rep gənclərin Amerika həyat tərzinə etiraz formalarından biri kimi yaranıb. Ona görə də tez bir zamanda yayıldı, populyar oldu.

Belə bir reperin, sənətkarın – Anar Nağılbazın bir videonun qabağına göz yaşları tökməsi mənə çox gülməli gəldi. Hələ məhkəməyə də vermək istəyir. Tutaq ki, məhkəməyə verdin və sübut elədin ki, o videodakı kişi sən deyilsən. Nə olacaq? Onsuz da adın çıxıb. Lap sən olmasan da, hamı o adamı sən kimi qəbul eləyib. Anarın yerində olsaydım, məhz o videonu yayan adamı nakaut eləmək üçün açıqlama verərdim ki, birincisi, video motajdır, ordakı adam mən deyiləm. İkincisi isə lap mənəm, əcəb eləmişəm. Axı sən repersən və bizim hamımızdan azadsan. Ona görə də bu cavabı yalnız sən verə bilərdin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm