"Qarabağ bülbülləri" 25 il sonra görüşdü
Bizi izləyin

Magazin1

"Qarabağ bülbülləri" 25 il sonra görüşdü

25 il sonra ilk dəfə keçmiş “Qarabağ bülbülləri” bu gün yenidən bir araya gəlib. Möhtəşəm görüş “Görüş yeri” verilişində baş tutub. Verilişdə vaxtilə qrupun üzvü olmuş müğənni Tacir Şahmalıoğlu da iştirak edib.


Uzun illərdən sonra rastlaşan musiqiçilər emosional anlar yaşayıb. Tacir Şahmalıoğlu ilə görüşə gələnlər arasında Elçin Əliyev, Sadiq Mirzəyev və Nazim Zeynalov olub.

Keçmiş qrup üzvlərini görən Tacir Şahmalıoğlu qrup üzvləri arasında ən balaca olduğunu bildirib.


“Qarabağ bülbülləri”nin ağsaqqalı, ansamblın konsermeystri Sadiq müəllim olub. Həmişə mehriban olmuşuq. Mən qrupun ən balacası idim. Mənim 11, onların isə 15-16 yaşı var idi. Məndən böyük idilər”.


Qrupun konsertmeystri Sadiq Mirzəyev isə belə bir görüşün 25 il sonra baş tutacağını ağlına belə gətirməyib.


“25 il olar ki, Tahiri görmürəm. Bu illər ərzində heç vaxt görüşməmişik. Torpaqlarımız işğal olunandan sonra uşaqların hərəsi bir yerə köçdü. Mən gözləmirdim ki, 25 il sonra Tacir ilə görüşə bilərik”.


Tacir Şahmalıoğlu Nazim Zeynalov haqda danışarkən, hər zaman ondan çəkindiyini də vurğulayıb.


“Məni döyürdü həmişə. Mən yaxşı oxuyurdum. Amma çox dəcəl olmuşam. O da məndən 7 yaş böyük idi. Gəlib arxadan onları vurub qaçırdım. Bir də görürdüm ki, şapalaq gəldi”.


Elçin Əliyev isə Müslüm Maqomayev ilə olan xatirələrini bölüşüb.


“Təsəvvür edin, 1 ayda 4 dəfə Moskvaya qastrol səfərinə dəvət alırdıq. Tacir də çox dəcəl idi. Konsert səhnəsində olan elə ip qalmadı ki, onunla oynamasın. Bunu da Müslüm Maqomayev görürdü. Dayanıb siqaret çəkə-çəkə ona baxırdı. Rusca da “sakit ol” deyirdi. Amma gülümsəyirdi. Sonradan bizə dedilər ki, siz yeganə adamsınız ki, Müslüm Maqomayev ifasını bitirdikdən sonra dayanıb kimisə izləyir”.


Qeyd edək ki, “Görüş yeri” verilişi həftə içi hər gün saat 11:00-da “Space” telekanalında yayımlanır.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm