“Azdrama” ilə “Yuğ”un müharibəsi xalq artistinin şəkərini qaldırdı - ÖZƏL
Bizi izləyin

Magazin1

“Azdrama” ilə “Yuğ”un müharibəsi xalq artistinin şəkərini qaldırdı - ÖZƏL

“Yuğ” Dövlət Teatrının baş rejissoru Gümrah Ömərlə Akademik Milli Dram Teatrının qocaman aktyorları arasında qarşıdurma getdikcə böyüyür.

Baş rejissorun yaşlı sənətkarlarla bağlı səsləndirdiyi kəskin fikirlər xalq artisti, sevilən aktyor Rafiq Əzimovun səhhətinə mənfi təsir edib.

Publika.az-ın əldə etdiyi məlumata görə, sənətkarın halı pisləşdiyindən təcili tibbi yardım xidmətinə müraciət etməli olub.

Xəbəri təsdiqləyən aktyor hələ də özünə gələ bilmədiyini deyib:

“Özünü təsdiqləməyən bir rejissorun bizim haqqımızda söylədiyi təhqirlərdən çox sarsıldım. Hələ də özümə gələ bilmirəm. Səhərdən şəkərim qalxıb, dava-dərmanla güclə sakitləşdiriblər. Yataqdayam, yoldaşım komaya düşəcəyimdən qorxur. Gedib ona ağzımdan çıxanı deyəcəkdim, həyat yoldaşım, balalarım qoymur. Mən ömrümün 53 ilini teatra həsr etmişəm, xalqımın yaddaşında sevilən rollarımla qalmışam. Ulu öndərimizin imzası ilə fəxri adlar almışam. İndi sənətdən xəbəri olmayan bir insan bizlərin illər boyu çəkdiyi əziyyəti yerə vurur, ləyaqətimizi alçaldır. Mən bu gün də kinoda və teatrda rollarımla tamaşaçılarımı sevindirirəm. İnsanların arasına çıxanda gözəl sözlər eşidirəm”.

Aktyor Gümrah Ömərə səslənib: “Sən kimsən axı, məni təhqir edirsən? Ay nadan, sözün varsa, gəl üzümə de. Adam bu qədər nadan olmaz axı. Sənətkara verilən dəyər budurmu?

Sən təkcə məni yox, bütün yaşlı sənətkarları təhqir etmisən. Buna görə cavab verəcəksən”.

Qeyd edək ki, “Yuğ” Dövlət Teatrının baş rejissoru Gümrah Ömər mətbuata müsahibəsində bir çox qocaman aktyorların “qatarının getdiyini” deyib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm