Elza: “Nə istəyirlər çəkib göstərsinlər”
Bizi izləyin

Magazin1

Elza: “Nə istəyirlər çəkib göstərsinlər”

Əməkdar artist, ekstravaqant sənətçi Elza Seyidcahanın başı bərk qarışıqdır. Bu arada nə şeir yazan, nə musiqi bəstələyən Elza qızı Gülşənin toy tədarükü ilə məşğuldur.

Publika.az-a açıqlama verən əməkdar artist media mənsublarının da toya dəvətli olduğunu bildirib:

“Bəzi həmkarlarım var ki, jurnalistlərə qarşı biganə davranır. Toy məclislərində onları ayaq üstə saxlayır, ya da toylarına dəvət etmirlər. Mən həmişə medianı yüksək dəyərləndirmişəm. Onlar məni bu səviyyəyə çatdırıb, tanıdıb, həmişə hörmətimi saxlayıb. Niyə də xoş günümdə onlarla bərabər şənlənməym? Qızımın toyuna bütün sevdiyim jurnalistləri dəvət edəcəyəm. Şükür Allaha gizlin, xəlvəti işim yoxdur, gəlsinlər, nə istəyirlər çəkib, yazsınlar, göstərsinlər”.

Qeyd edək ki, sənətçinin kürəkəni özünün fotoqrafıdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm