“Azdrama” ilə “Yuğ”un müharibəsində yeni cəbhə açıldı - QARŞIDURMA
Bizi izləyin

Magazin1

“Azdrama” ilə “Yuğ”un müharibəsində yeni cəbhə açıldı - QARŞIDURMA

“Azdrama” ilə “Yuğ” Teatrının yaradıcı heyəti arasında yaşanan qalmaqala digər teatrların aktyorları da qoşulur. Xalq artisti Ağaxan Salmanlının açıqlaması göstərir ki, artıq bu müharibədə yeni cəbhə açılıb.

Publika.az-a açıqlama verən Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı “Yuğ” Teatrının direktoru Gümrah Ömərin yaşlı xalq artistlərini təhqir etməsindən narahatlıq hissi keçirdiyini deyib:

“Mən mətbuat vasitəsi ilə onların davasından xəbər tutdum və çox pis oldum. Bildiyimə görə bu hadisədən sonra Rafiq Əzimovun səhhəti pisləşmişdi. Sənət aləmində heç nəyə nail ola bilməyən Gümrah Ömər böyük səhvə yol verib. Heç kim illərini sənətə verən, canını səhnədə qoyan aktyoru təhqir edə bilməz. Necə yəni, yaşlaşıbsa, aktyor səhnəyə çıxa bilməz. Tiflisdə tamaşaya baxırdım, 80 yaşlı bir qoca adaxlı rolunu canlandırırdı. Qocanın rolunu necə məharətlə oynadığına heyran qaldım. Bizdə isə teatrda sözünü deyə bilməyən bəzi adamlar sənətkarlarımızı açıq şəkildə ittiham edir. Ayıbdır”.

A.Salmanlı Gümrah Ömərə üzünü tutaraq ismarış yollayıb: “Sən kimsən axı? Hələ bir de görək, özün hansı işi görmüsən? Sən belə açıqlamalar verməklə, özünü şişirtmək istəyirsən. Görünür, “Azdrama”da baş rejissor olmaq xəyalındasan”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm