Sevda: “Göz önündə müğənni olmalıdır, prodüser yox”
Bizi izləyin

Magazin1

Sevda: “Göz önündə müğənni olmalıdır, prodüser yox”

Bu sözləri müğənni Sevda Yəhyayeva avqustun 9-da keçiriləcək “İtmiş ada” adlı solo konsertinə hazırlıq çərçivəsində reallaşdırdığı mətbuat konfransında səsləndirib.

Qələm əhlinin qarşısına prodüseri, konsert təşkilatçısı, köməkçisi, meneceri və s.-dən ibarət böyük bir komanda ilə deyil, sadəcə, mətbuat katibi Rəvan Raad ilə çıxan ifaçı bunun səbəbini Publika.az-a açıqlamasında belə izah edib:

“Mən bura tək gəlməmişəm. Prodüserim də, menecerim də, konsertimin təşkilatçısı da hazırda mətbuat konfransındadır. Amma onların heç birinin işi öndə olmaq deyil. Onların işi müğənnini düzgün təqdim etməkdir. Göz önündə müğənni olmalıdır, prodüser yox. Mən də onların işindən çox razıyam”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm