“Səs Azərbaycan” musiqi yarışmasının seçim turları başladı
Bizi izləyin

Magazin1

“Səs Azərbaycan” musiqi yarışmasının seçim turları başladı

Dünya şöhrətli “The Voice” yarışması Azərbaycanda da keçiriləcək. Publika.az xəbər verir ki, bu barədə artıq Azərbaycan Televiziyasının saytında məlumat yerləşdirilib. Səsinə güvənən və ifaçılıq qabiliyyətinə malik şəxslər www.aztv.az saytında yaradılmış xüsusi bölmədə və ya http://thevoice.az/az/ linkdən qeydiyyatdan keçərək, müsabiqədə iştirak edə bilərlər. Bundan başqa, “Səs Azərbaycan” layihəsinə qatılmaq və əlavə məlumat əldə etmək üçün 012 492 27 27 qaynar xəttinə də müraciət edə bilərlər.
Qeyd edək ki, indiyə qədər “The Voice” dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub və beynəlxalq musiqi aləminə yüzlərlə unikal, gözəl, mükəmməl səs və maraqlı performans bəxş edib. Milyonlarla tamaşaçı ordusu toplayan, izləmə rekordu qıran bu məşhur layihə ilk dəfədir ki, Azərbaycan teleməkanında keçirilir.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm