İngilislər “Hamlet”i Bakıya gətirir
Bizi izləyin

Magazin1

İngilislər “Hamlet”i Bakıya gətirir

Şekspirin “Qlobus” teatrı Bakıya gəlir. İngilis aktyorlar oktyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Hamlet” tamaşası ilə çıxış edəcək.

Bu barədə Publika.az-a teatrın baş rejissoru Azərpaşa Nemətov məlumat verib.

Qeyd edək ki, Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun “Qlobus” Teatrı ötən ilin aprelindən möhtəşəm dünya turnesinə çıxıb. Turne 2016-cı il aprelin 23-dək davam edəcək.

Bu misilsiz layihənin məqsədi “Hamlet” tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək teatr səhnələrində çıxış edir.

Bakıda nümayiş olunacaq tamaşa ingilis və Azərbaycan dilində subtitrlərlə təqdim ediləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm