Elzadan ULTİMATUM: “İzi-tozu da qalmayacaq!”- MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Elzadan ULTİMATUM: “İzi-tozu da qalmayacaq!”- MÜSAHİBƏ

Əməkdar artist Elza Seyidcahanla xalq artisti İlhamə Quliyeva arasında qarşıdurma getdikcə böyüməkdədir. Tərəflərin bir-birinin ünvanına səsləndirdiyi təhqiramiz ifadələr şou-biznesin gündəmini alt-üst edib.

Publika.az millət vəkili olmağa hazırlaşan Elza Seyidcahanı söhbətə çəkib…

- Elza xanım, İlhamə Quliyeva ilə münasibətiniz yaxşı idi, birdən-birə nə baş verdi ki, aranızdan qara pişik keçdi?

- Seçkilərə qatılacağım barədə xəbərlər yayılandan sonra mənə qarşı hücumlar başlandı. Allah hər şeyi görür. Bütün bunlar mənim üçün artıq keçmişdə qaldı, mən kiməsə cavab vermək fikrində deyiləm. Allah kəlamları ilə lazım olan sözlərimi dedim. İndi artıq işə keçmək vaxtıdır. Bütün enerjimi seçkilərə sərf edəcəyəm. Bir də hamı yazır ki, güya mən "Şöhrət" ordenli şərəfsiz olmayacağam demişəm. Əslində, belə demişəm ki, mən "Şərəf" ordenli şərəfsiz olmayacağam.

- İlhamə Quliyeva ilə aranızdakı qarşıdurmanı seçkiqabağı piyar kimi də dəyərləndirənlər var. Bu, nə dərəcədə doğrudur?

- Qətiyyən belə deyil. Mənim, Allaha şükür, piyara ehtiyacım yoxdur. Adlı-sanlı bəstəkaram, əsərlərimi hamı tanıyır.

- Necə düşünürsünüz, bu qarşıdurma böyüməyə bilərdi?

- Belə bir Allah kəlamı var ki, elə yer var, orda susmalısan. Elə yer də var, susmaq olmaz. Danışmaq lazımdır. Elə bir məqam yetişmişdi ki, mən artıq susmalı deyildim, çığırmalıydım. Çığırdım və sözümü dedim. Daha sakitəm və artıq millət vəkili olmaq istiqamətində işə sürətlə başlamaq ərəfəsindəyəm. Məni heç kim durdura bilməz.

- Necə düşünürsünüz, bəlkə bu qarşıdurmanı ona görə yaradırlar ki, sizi depressiyaya salsınlar və başınız özünüzə qarışsın?

- Allah depressiyaya düşənləri xoşlamır. Mən ruhdan düşməyi sevmirəm, həmişə qələbəyə doğru can atmışam. Heç kim məni stresə salıb, yolumdan döndərə bilməz. Artıq bu mənasız, əhəmiyyətsiz söz-söhbətlərə fikir verən deyiləm. Hər kəsə də səslənib deyirəm ki, bir də mənim vaxtımı belə qalmaqallarla almasınlar. Seçicilərim mənim yolumu gözləyir.

- Sizə qarşı səsləndirdiyi təhqiramiz fikirlərə görə, İlhamə Quliyevanı məhkəməyə vermək fikriniz yoxdur ki?

- Siz keçmişdən danışırsınız, mən gələcəkdəyəm. Bu saat fikrim seçicilərimin yanındadır. Amma sizin fikriniz hələ də keçmişdə - o adamların yanındadır. O adam mənim üçün keçmiş zamanda qalıb, yoxdu.

- Bilmək olmaz, bəlkə nə vaxtsa, barışdınız…

- Nə barışmaq? Elə adamlar var ki, onlara hörmət edəndə elə bilir ondan qorxursan. Elə bilir ki, dinmirsən, demək ki, onun qabağından qaçırsan. Buna görə də həmin adamların yanından ayaqlarını çırpıb elə keçməlisən ki, izi-tozu da qalmasın. Mən də ayaqlarımı elə çırpacağam ki, onların izi-tozu da qalmayacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm