Tanınmış bəstəkarın qızı: “Atamın həyatı təhlükədə idi”
Bizi izləyin

Magazin1

Tanınmış bəstəkarın qızı: “Atamın həyatı təhlükədə idi”

Əməliyyatdan çıxan əməkdar incəsənət xadimi Tahir Əkbərin səhhəti bir neçə gün öncə yenidən pisləşib. Reanimasiyaya yerləşdirilən tanınmış bəstəkar bu gün xəstəxanadan evə buraxılacaq.

Bu barədə Publika.az-a sənətkarın qızı məlumat verib:

“Həkimlər artıq qərar verdi, atam bu gün evə buraxılacaq, Qurban bayramını evimizdə qarşılayacaq. Atamın həyatı təhlükədə idi. Həkimlərin səyi nəticəsində təhlükə artıq aradan qaldırılıb. Sağ olsun, dövlətimiz, atama göstərilən diqqət və qayğı nəticəsində indi Tahir Əkbər ayaqdadır. Evə gedəndən sonra atam dincələcək, bir aydan sonra əvvəlki iş fəaliyyətini bərpa edəcək”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm