Magazin1
Afaq Bəşirqızını Ülviyyə Əliyeva əvəz edəcək
Azərbaycan Dövlət Musiqili Teatrında 17 oktyabr saat 19.00-da “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) tamaşası nümayiş olunacaq.
Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Publika.az-a bildirib ki, xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının oynadığı Güldəstə obrazını bu dəfə aktrisa Ülviyyə Əliyeva canlandıracaq. Çoxlarının “Keyxanım” kimi tanıdığı U. Əliyeva bundan böyük şərəf duyduğunu dilə gətirib. “Artıq səkkizinci dəfədir ki, “Mən dəyərəm min cavana” tamaşasında Güldəstə obrazını oynayacağam. Mənə qədər bu obrazı Azərbaycanımızın böyük aktrisası, mənim ustadım Afaq xanım Bəşirqızı ifa edib. Teatrdan bu rol mənə təklif olunanda ilk növbədə Afaq xanımla əlaqə saxladım, ondan halallıq aldım. Cünki belə bir obrazı oynamaq üçqat məsuliyyətdi. Birincisi ona görə ki, artıq Afaq xanım bu obraza öz oyunuyla möhür vurub. İkincisi, Afaq xaım mənim ustadımdır. Və üçüncüsü, xalq artisti İlham Namiq Kamalla tərəf-müqabil olmaq daha bir məsuliyyətdir. İnanıram ki, mənə göstərilən etimadı doğruldacaq, Güldəstə obrazını öz ifamda tamaşaçılara sevdirə biləcək və bu obrazın sevilən ifaçısı ola biləcəyəm”, - deyə Ülviyyə Əliyeva bildirib.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurəhmədova, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Elnarə Nağdəliyeva, Əlif Cahangirov və Rəşad Məmmədov ifa edirlər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu