Nigar Camalla Ramil Səfərovun oxuduğu kitab
Bizi izləyin

Magazin1

Nigar Camalla Ramil Səfərovun oxuduğu kitab

Bu günlərdə tədbirlərin birinə qatılan Eurovision-2011 mahnı müsabiqəsinin qalibi, müğənni Nigar Camal izləyənlərin diqqətini çəkib. Belə ki, müğənni tədbir zamanı kitab oxumasıyla fotokameralara tuş gəlib. Nigardan kitabla bağlı soruşanda maraqlı detektiv əsər oxuduğunu deyib.

N.Camal yazıçı Əlvənd Mehmanın qələmə aldığı “Avropalı agent: Kod 152” adlı əsərini oxuyurmuş.

Kitab gerçək faktlara söykənib. Əsərdə avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və ifşa olunmasından bəhs olunub. Eyni zamanda, Azərbaycanda ilk dəfə polislə kriminal aləmin birgə əməliyyatı təsvir olunub.

Kitabda unudulmuş Arran dövləti, bu tarixin itirilməsində Vatikan və digər Avropa dövlətlərinin maraqları, Nizami Gəncəvinin Atabəy Qızıl Arslanla Həmdünyan kəndində görüşünün sirləri öz əksini tapıb.

Kitabla bağlı tanınmış ictimai xadimlərlə yanaşı hərbçi Ramil Səfərov da öz müsbət təəssüratlarını bölüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm