Azərbaycan gözəli 2-ci oldu - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycan gözəli 2-ci oldu - FOTOLAR

Azərbaycan gözəli Nərmin Səfərova Tayvanın paytaxtı Taipei şəhərində keçirilən "Queen of Brilliancy International" müsabiqəsində ikinci olub.

Azərbaycanlı model Nərmin Səfərova Tayvanın paytaxtı Taipei şəhərində keçirilən "Queen of Brilliancy International" müsabiqəsində ikinci olub.

Publika.az xəbər verir ki, bu barədə model özü sosial şəbəkədə məlumat verib. Azərbaycanı təmsil edən model “Ən gözəl ziyafət paltarı” nominasiyası üzrə mükafatlandırılıb. Model Azərbaycanı təmsil etməkdən qürur duyduğunu və 60 ölkənin iştirak etdiyi müsabiqədə ikinci yerə layiq görüldüyü üçün özünü xoşbəxt hiss etdiyini etiraf edib. Onun sözlərinə görə, dünyada bu qədər dövlətlərin arasında özünü layiqincə göstərmək, Azərbaycan haqqında müsbət təəssürat formalaşdırmaq kifayət qədər çətindir:

“Ancaq əminəm ki, bu işin öhdəsindən gələ bildim. Çünki mənim üçün ilk növbədə vətənimin gözəlliyindən danışmaq, ölkəmizin zəngin mədəniyyəti, incəsənəti haqqında danışmaq, dadlı mətbəxi, musiqisi, həmçinin xalqımızın qonaqpərvər olması barədə tam və ətraflı məlumat vermək daha vacib idi. Bütövlükdə xalqımızı və ölkəmizi təmsil etdiyim üçün çox şadam! Dəstək olan bütün doğma və yaxınlarıma minnətdaram. Xoşbəxtəm ki, vətənə əliboş gəlmədim.”.

Xatırladaq ki, Nərmin "Miss Maxim 2014" beynəlxalq model müsabiqəsinin dünya üzrə qalibidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm