Magazin1
“İlqar bizə yuxarıdan aşağı baxırdı, ona görə də ...”: XATUN – MÜSAHİBƏ
Artıq 10 gündür qalmaqallı “Maşın” realiti şousu davam edir.
Publika.az şounun iştirakçısı, müğənni Xatun Əliyevanın müsahibəsini təqdim edir.
- Artıq 10 gündür buradasınız, özünüzü necə hiss edirsiniz?
- Oyuna qarşı daha çox marağım artır, darıxmıram.
- Özünüzə rəqib olaraq kimi görürsünüz?
- Hazırda 8 nəfərik, hamısı mənim üçün rəqibdir.
- Sizin üçün ən güclü rəqib kimdir?
- Hər kəs özünə görə güclüdür. Bunu açıqlamaq istəmirəm.
- Vüsalə Kərimova və Mehribanla eyni qruplaşmada olduğunuz iddiaları səslənir...
- Bununla razılaşmıram. Heç bir qruplaşmada deyilik. Çoxdan tanıdığımız insanlardır. Sadəcə, bir yerdə yemək yeyirik, söhbətləşirik. Bu, qadın həmrəyliyidir. Burada nə qruplaşmada olmaq lazımdır, nə də neytral olmaq lazımdır. Sadəcə, nəbzi tutmalısan. Əsas odur ki, hörmətli şəkildə buradan çıxasan.
- Üzərinizdə psixoloji ağırlıq hiss etmirsiniz?
- Yox, hamıyla yola gedirəm. Bir az da yumorum köməyimə çatır. Yumoru olan insanlar ağıllı insanlardır. Hər insanda bu, yoxdur. Özümü ağıllı hesab edirəm. Xalqıma çox sağ ol deyirəm ki, məni dəstəklədilər. Amma mənə ən təsir edən tamaşaçıların mənim qərarımla razılaşmaması oldu.
- Bəs İlqar Mikayıloğlunun “Əlindən tutub şouya gətirdim” açılqaması ilə razılaşdınız?
- Açılış günü hər kəs bir qadın, bir kişi olmaqla şouya daxil olurdu. Biz ikimiz də bir gəldik. Ümumiyyətlə, həyatda heç kəsi aşağılamaq, yuxarıdan aşağı baxmaq olmaz. Sənin neçə illər təcrübən ola bilər. Amma hansısa ağıllı, şanslı, öz məqsədini və mövqeyini düzgün seçən bir insan səndən üstündürsə, bunu qəbul etmək lazımdır. İlqar bizə yuxarıdan aşağı baxırdı. O, çox güclü rəqib idi. Özü də mənə dedi ki, “Xatun, mən səndən incimərəm”. Mən də ərk etdim. Bunu qarşılıqlı razılaşma yolu ilə etdik. Sakit də olsa, bəylər onunla hesablaşırdı.
- Qeyd etdiniz ki, buradan kağızlar tapmışınız. Yazıb, göstərişlər verirmiş...
- İlqar müəllim gedəndən sonra bəzi kağızlar tapmışıq. Yazmışdı ki, Ülviyyə Alovlunu kənarlaşdırın. Qeydlər edirdi. Bizim komandada güclü rəqib idi. Bu addımı atdım. Mənə deyirdilər özün çıx. Əgər tamaşaçı səs verirsə, sənin çıxmağın onlara hörmətsizlikdir.
- Bəs kimin şoudan kənarlaşmağı və ya kənarlaşdırılmağı sizə təsir etdi?
- Tünzalə, Nazim Pişiyari çıxanda çox pis oldum...
Pərviz Hüseyn, Fotolar: Elnur Muxtar
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu