Azərbaycanlı kişiləri təhqir edən Pərvin Abıyeva YENƏ COŞDU: “Kişi olmayanlar da ayağa qalxdı”
Bizi izləyin

Magazin1

Azərbaycanlı kişiləri təhqir edən Pərvin Abıyeva YENƏ COŞDU: “Kişi olmayanlar da ayağa qalxdı”

Aktrisansa, aparıcısansa, yaxud müğənnisənsə və azad yaşayırsansan, mütləq fahişəsən!

Xəbər verdiyimiz kimi Pərvin Abıyeva Türkiyə mətbuatına verdiyi müsahibəsində azərbaycanlı kişilərin kobud, türklərin isə çox nəzakətli və romantik olduğunu deyib.

Publika.az xəbər verir ki, aktrisanın bu sözləri sosial şəbəkədə kəskin tənqid olunub. Rafet El Romanla sevgili olduğu deyilən kino ulduzunun sənətçini tərifləməsi də çoxlarının hiddətinə səbəb olub. Açıq-saçıq geyimi, davaları ilə gündəmə gələn aktrisa sosial şəbəkədəki tənqidlərə cavab verib:

“Nədi, yenə nə daş düşüb bəzilərinin başına? Demişəm, yaxşı eləmişəm. Nə gözləyirdiniz? Yalandan deyim ki, yaxşısınız? Tərbiyəsiz yazılar, söyüşlər, təhqirlər ancaq bizim oğlanlardan çıxır. Gördüyüm tək şey bizim kişilərin qadınlara sevgi göstərməməsidir. Söydüyünüz söyüşlər də əzizlərinizə getsin.

Bir də ki, nə vaxtdan kiminsə romantik olmadığını və köhnə fikirli olduğunu demək təhqir hesab olunub? Biri çıxıb desin ki, bu, təhqirdir. Fikirlərimin axrasındayam, ölkəmiz nə qədər gözəlləşsə və müasirləşsə də, düşüncə tərzimiz hələ də köhnədir. Aktrisansa, aparıcısansa, yaxud müğənnisənsə, boşanmısansa və azad yaşayırsansan, mütləq fahişə damğası yapışdırılır. Kişi olmayanlar da indi qalxdı ayağa! Biz öz həyatımızı yaşaya bilmirik ki, ancaq başqasının həyatına müdaxilə edirik. Ancaq başqalarını qınayırıq. Köhnə fikirli olmaq ayıb deyil ki, belə insanlar hər birimizin ailəsində var. Söyüşlərinizi özünüzə saxlayın, mən heç kimin alqışı ilə doğulmamışam ki, kiminsə söyüş və qarığışı ilə gedəm. 80 faizi belədir, müasirləşə bilmirik deyirəm və sözümün üstündə də dururam ”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm