Bu dəfə Damla Koç “Düşün məni” deyəcək
Bizi izləyin

Magazin1

Bu dəfə Damla Koç “Düşün məni” deyəcək

Türkiyəli müğənni Damla Koç musiqisi Sevinc Tağıyevaya, sözləri isə Sevinc Şirinə aid olan, “Düşün məni” mahnısının Aygün Kazımovadan sonra növbəti ifaçısı olacaq. Publika.az xəbər verir ki, müğənni bu barədə fikirlərini də bölüşüb:

“İki dövlət bir millət, mahnılarımız da bir, könüllərimiz də. Azərbaycanlı qardaşlarımızın Aygün Kazımovadan dinləyib doymadığımız hit mahnısını hər kəs doya - doya yaşasın istədik”.

Xatırladaq ki, Aygün Kazımova mahnını 2011-ci ildən ifa edir. Mahnının növbəti ifaçısının türkiyəli müğənni olduğunu da ilk dəfə elə Aygün Kazımova özü açıqlamış, ancaq həmin ifaçının kimliyi barədə məlumatının olmadığını söyləmişdi. Sadəcə, Murat Yetərə arxalandığını, onun istəyi ilə mahnının Türkiyədə də ifasına etiraz etmədiyini demişdi.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm