
Bu gün xalq artisti Lütfiyar İmanovun doğum günüdür. “Karmen”, “Faust”, “Otello”, “Trubador”, “Aida”, “Riqoletto” və digər klassik opera əsərlərində möhtəşəm rollar oynayan sənətkarın musiqimizin inkişafında xüsusi xidmətləri olub.
Publika.az-ın məlumatına görə, Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabadda anadan olub.
1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu” operasında Koroğlu rolunda çıxış edib. 1968-ci ildə İncəsənət Universitetini bitirib və bundan sonra 30-dan çox operada baş rolun ifaçısı olub. 1975-ci ildə 6 ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçib.
1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera
teatrlarında vokal dərsləri verib.
Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışıb.
O, 21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib.
Cəvahir