Nazpəri İlhamənin cəriməsini ödədi və yenə...
Bizi izləyin

Magazin1

Nazpəri İlhamənin cəriməsini ödədi və yenə...

İki xalq artisti Nazpəri Dostəliyeva və İlhamə Quliyeva arasında məhkəmə çoxdan sona çatıb. Məhkəmənin qərarına görə, Nazpəri Dostəliyeva İlhamə Quliyevanın şərəf və ləyaqətinə toxunduğu üçün ona 25 min manat cərimə ödəməlidir. Cərimədən 5 minini ödəyən Dostəliyeva bu həftə qalan 20 mini ödəyəcəyini də bildirib. Publika.az xəbər verir ki, xalq artisti Dostəliyeva sosial şəbəkədə üstüörtülü də olsa, həmin məqama toxunub.

“İndiyə qədər mən Nazpəri Dostəliyeva nə qədər kimsəsizə, ana, ata, övlad qayğısı görməyənlərə əl tutub, yardım etmişəm. Bu yazımı başqa yerə yozmayın. Dürüst, dərin düşüncəli insanlar başa düşəcək. Onlardan biri də artdı, Allah yolunda... Susuram. Susuram, çünki bu, mənim böyüklüyümdür. Ağır danışana yem yox!”

Jalə Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm