Magazin1
"Əsl şou"nun şousu hələ qabaqdadır
Teleməkanda bu aydan etibarən yayımlanan “Əsl şou” səhər proqramı başladığı gündən tamaşaçı marağına səbəb olub. Əksəriyyət bunu proqram üçün seçilən aparıcılarla əlaqələndirir. Müğənni Səidə Sultan və teleaparıcı Novruz İsmayılın uğurlu cütlük olduğunu iddia edilir.
“Əsl şou” verilişinin prodüseri İsa Hüseyn veriliş haqqında fikirlərini Publika.az-la bölüşüb:
“Bu verilişlə tamaşaçıları mövcud problemlərdən uzaqlaşdırmaq istəmişik. Komanda olaraq istədik ki, səhər çağı pozitiv bir layihə təqdim edək. Onsuz da insanların yetəri qədər problemi var. Hər səhər “Əsl şou” vasitəsilə tamaşaçılar mövcud problemlərindən azad olur. Əsas məsələ biz bunu bacardıq. Bizimlə eyni vaxtda yerli kanallarda reytinqli verilişlər yayımlanır. Amma “Əsl şou” bir neçə həftə ərzində artıq yaxşı mənada səs-küy yaradıb, tamaşaçı marağına səbəb olub Çalışırıq ki, verilişimizə istedadlı sənətçilər gəlsin. Bu həftədən isə “Əsl şou”da qeyri-adi istedada malik insanlar üçün kastinq təşkil olunacaq. Kastinqdən keçən insanlar canlı efirimizdə məharətlərini göstərəcəklər”.
Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Novruz İsmayıl və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.
İsa Şükürov
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu