Təranə Səmədova özünü öyərək müğənnilərin bostanına daş atdı
Bizi izləyin

Magazin1

Təranə Səmədova özünü öyərək müğənnilərin bostanına daş atdı

Prodüser Təranə Səmədova sosial şəbəkədə “od püskürüb”. Publika.az xəbər verir ki, özünün tələbatlı və tamaşaçıya maraqlı olduğunu bildirən Səmədova, onu getdiyi yolda yarımçıq qoyanlara ismarış göndərərək, işi ilə nümunə olmağa çağırıb.

“Artıq 11 ildir ki, şou biznesdəyəm. Heç vaxt məşhurluğa can atmamışam. Amma qismət elə gətirib ki, bir çox “mən ulduzam” deyən müğənnilərdən daha çox tanındım, bir çoxlarının əlindən tutub bəlli pillələrə qədər çıxartdım, sonra mənə arxalarını çevirsələr də, haqqımı dansalar da mən sarsılmadım, sınmadım! Hər kəsə ruzini və uğuru Allah yetirir. Çünki Allah hər kəsə ürəyinə görə verir. Adım gedən yazıların baxış sayı, oxunma sayı 10-20 mini keçməsi daha oxunaqlı, tələbatlı olmağıma dəlalət edir. Bəziləri kimi danışıb sinəmə döymürəm”.

Xatırladaq ki, prodüser Təranə Səmədova müğənni Günay İbrahimli, Rəqsanə İsmayılova, Kərim Abbasov kimi məşhur müğənnilərlə çalışıb. Hazırda o, Şəbnəm Əsədova və Boris adlı müğənnilərlə işləyir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm