Elnur: “Heç kimi rəqib olaraq görmürəm”
Bizi izləyin

Magazin1

Elnur: “Heç kimi rəqib olaraq görmürəm”

Ön sıralarda yer tutacağımı düşünürəm”.

Axar.az xəbər verir ki, bunu bu il Azərbaycanı Avroviziyada təmsil edən Elnur Hüseynov CNNturk-ə müsahibə verərkən söyləyib. Onun sözlərinə görə, Avroviziya stressli musiqi yarışmasıdır: “Bu il Avroviziya yarışmasında ön sıralarda yer tutacağımı düşünürəm. Daha doğrusu, istəyir və ümid edirəm. Məncə, səhnədə rəqib yoxdur. Mən heç kimi rəqib olaraq görmürəm. Hər kəsin özünə xas səsi var. Bu yarışma çox stressli bir prosesdir. Hər gün səhər 9-da müsahibələr olur. Mən də gecələri çox sevdiyimdən dostlarımla əsasən gecələr əylənirəm. Ona görə də səhər üzüm-gözüm şişmiş halda müsahibələr verməkdə çətinlik çəkirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm