Magazin1
İspaniyanın flamеnko qrupu paytaxtda “Karmen” şousunu təqdim edəcək
İyunun 13-də Heydər Əliyev Mərkəzində İspaniyanın flamenko qrupu tamaşaçılara məşhur “Karmen” əsərini yeni quruluş-caz, ərəb musiqisi elementləri, salsa və flamenko rəqsinin sintezi ilə təqdim edəcək.
Fransız yazıçı Prosper Merimenin və bəstəkar Jorj Bizenin “Karmen” operası əsasında səhnələşdirilmiş şou Antonio Andrade və onun qrupu tərəfindən müasir flamenko ruhunda hazırlanıb.
Mərkəzdən Pubİika.az-a verilən xəbərə görə, saata yaxın davam edəcək flamenko gecəsində izləyicilərə möhtəşəm vokal ifa və rəqs performansları təqdim olunacaq.
Şouda Karmen obrazını Malaqa şəhərindən olan rəqqasə və xoreoqraf Ursula Moreno yaradır. Unikal ifa texnikası, təkrarolunmaz plastikası və unikal aktyorluq qabiliyyətinə görə onu “müasir flamenkonun ümidi” adlandırırlar. Malaqada Musiqi və Rəqs Kral Akademiyasını bitirmiş, bir sıra flamenko ustadlarından dərs alımış rəqqasə karyerası ərzində bir sıra uğurlara imza atıb. O, 2010-cü ildə Ronda Milli Flamenko Müsabiqəsində ikinci yerə, 2011-ci ildə isə həmin yarışmada “Ən yaxşı Kanya rəqqasəsi” mükafatına layiq görülüb. Malaqada Flamenko Mədəniyyət Mərkəzinin təsisçisi və rəhbəri olan Ursula Moreno hazırda pedaqoqluq fəaliyyəti göstərir, eyni zamanda Antonio Andradenin truppasında solo karyerasını davam etdirir.
Qrupun rəhbəri Antonio Andrade Sevilya yaxınlığında yerləşən və flamenko ənənələri güclü olan Pueble-de-Kasalya kəndində anadan olub. O, bu qədim incəsənət növünün təsirində böyüyüb və kiçik yaşlarından gitara çalmağa başlayıb. Karyerası boyu tanınmış flamenko ustaları ilə birgə çalışan Antonio Andrade Avropa ölkələri, ABŞ, Yaponiyada verdiyi konsertlərlə tamaşaçıların rəğbətini qazanıb.
Müasir “Karmen” şousunun debütü 1998-ci ildə Berlində “Alman Opera Evi”ndə olub. Səhnə performansının Bakıdan sonra Danimarka və İsveçrədə təqdimatları nəzərdə tutulur.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu