Rəfiqəsinin qovduğu deyilən xalq artisti: “Ölüb yerə girsin” – ÖZƏL
Bizi izləyin

Magazin1

Rəfiqəsinin qovduğu deyilən xalq artisti: “Ölüb yerə girsin” – ÖZƏL

Əməkdar artist, tanınmış aktrisa Nahidə Orucovanın xalq artisti Nuriyyə Əhmədovanı evindən qovması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yer alıb.

Məsələyə aydınlıq gətirmək üçün Nuriyyə Əhmədova ilə əlaqə saxladıq. Yazılan xəbərlərdən əsəbiləşdiyini deyən aktrisa belə hadisənin baş vermədiyini bildirib: “Yazıq Nahidə əsəbindən bilmir neyləsin. Deyir, Nuriyyə, utanıb yerə girirəm, axı mən səni evimdən qovmamışam, niyə sosial şəbəkələrdə belə xəbərlər yayırlar? Mən Nahidə ilə 45 ildir dostluq edirəm, indi də onun evində qalıram. Bacılarımdan görmədiyim dəstəyi ondan görmüşəm. Belə insafsızlıq olmaz axı. Onu yazan ölüb yerə girsin”.

Maraqlıdır. Bu söhbət nədən qaynaqlanıb, görəsən?

Nuriyyə xanım bir müddət öncə bir jurnalistin onunla görüşmək üçün Nahidə xanıma müraciət etdiyini xatırladıb:

“Bir cavan oğlan zəng eləyib ki, Nuriyyə xanımla görüşmək üçün sizə gəlmək istəiyrəm. Nahidə xanım da ona deyib ki, Nuriyyəni bacısıgilə qoymuşam, özümün də başım qarışıqdır, məşqlərim, çəkilişlərim var. Qarışqadan fil düzəldib, adını da qoyublar ki, guya o, məni evindən qovub. Siz Allah, jurnalistlərə deyin ki, belə şeylər yazıb məni yenidən yatağa salmasınlar”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm