Rəqsanə qorxularından danışdı: “Mən suda öləcəyəm”
Bizi izləyin

Magazin1

Rəqsanə qorxularından danışdı: “Mən suda öləcəyəm”

Müğənni Rəqsanə öz qorxularından danışıb. Publika.az xəbər verir ki, o, ATV telekanalına müsahibəsində suda öləcəyini deyib:

“Bu günə kimi dənizə girməmişəm. Dəniz mənim fobiyamdır. Dünyanı gəzirəm, amma heç vaxt dənizə girmirəm. Hovuz ətrafında gəzə bilərəm. Ayaqlarımı suya sala bilərəm. Amma dənizə girə bilmərəm. Elə bilirəm həmin an ölərəm. Özümdən asılı deyil. İstəsəm, üzməyi də öyrənə bilərəm. Orada nə var ki?! Sadəcə, qorxuram. Nəfəsim çatmır. Mən heç vanna da qəbul edə bilmirəm. Elə başa düşürəm ki, mən suda öləcəyəm. İstirahətə gedəndə də ancaq qaralmaq üçün uzanıram. Qızlarım isə balıq kimi üzürlər”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm