• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Aytacı sarayına dəvət edən şeyxin 18 milyard sərvəti varmış

  • Magazin1
  • 1 İyul 2015 10:30
  • 7 550 Baxış
Aytacı sarayına dəvət edən şeyxin 18 milyard sərvəti varmış

Təxminən 10 gün əvvəl gənc müğənni Aytac Vidadiqızı ərəb şeyxi ilə görüşdüyünü, hətta şeyxin sarayına dəvət aldığı xəbərini açıqlamışdı.

“Şeyxin yaxın adamları mənə zəng edib şeyxin mənimlə görüşmək arzusunda olduğunu bildirdilər. Həmin ərəfədə Azərbaycanda olan şeyxlə görüşdüm. Bir-birimizin dilini başa düşməsək də, tərcüməçi vasitəsilə ünsiyyət qurduq. Səsimə və ifama aşiq olduğunu bildirdi. Məndən “Sevirəm” adlı mahnıma ərəbsayağı klip və fotosessiya etdirmək üçün icazə istədi. Şeyxin adını açıqlamaq istəmirəm. Bu, düzgün çıxmaz. Özü də bunu məndən xahiş etdi. Kifayət qədər məşhur insan olduğundan mətbuatın gündəmini zəbt etmək istəmir. Buna baxmayaraq, bir neçə aya şeyxin sarayında özəl konsert proqramı ilə çıxış edəcəyəm. Musiqiçilərimlə birlikdə artıq gələn həftədən konsert məşqlərinə start verəcəyəm”.

Müğənni oxu atıb, yayı gizlətsə də, şeyxin kimliyini araşdırmaq əslində elə də çətin olmadı. Publika.az-ın araşdırması nəticəsində məlum olur ki, martın 23-dən etibarən Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Bakıda səfərdə olub. Şeyx Azərbaycana tək deyil, 15-ə yaxın qohum və köməkçiləri ilə təşrif buyurub. Bakıda olduğu vaxt şeyx paytaxtın ən bahalı otellərindən birində qalıb.

Publika.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Aytac Vidadiqızının idarə etdiyi “Gelandewagen” markalı avtomobil də otelin qarşısında görünüb. Bunun təsadüf olub-olmadığını deyə bilmərik. Adı gizli saxlanılan şeyxin, həqiqətən də, Həndam bin Məhəmməd olduğunu dəqiqləşdirmək üçün Aytac Vidadiqızı ilə əlaqə saxladıq. O, gülərək xəbəri nə təkzib, nə də inkar etdi.

“Mənim şeyxin adını hallandırmağım düzgün deyil. Əslində, heç xəbəri də yaymaq fikrim yox idi. Amma xəbər bir anın içində yayıldı. Mən deyə bilmərəm bu, Həndamdır, ya yox”.

Şeyx üçün konsert verməsi xəbərinə gəldikdə isə, müğənni bunun yay aylarında olmayacağını bildirib.

“Mənim istiyə heç səbrim çatmır. Avtomobilimdə də bütün gün kondisioner işləyir. Bakıdakı 39-40 dərəcə istiyə güclə tab gətirirəm. Dubayda isə 50 dərəcədən çox isti var. Mənə milyon da versələr, o istidə konsert vermərəm. Əlbəttə, təklif qüvvədə qalır. Yəqin ki, qış aylarında yollanacağam. Qışda Dubay yay aylarına nisbətən sərin olur”.

Xatırladaq ki, Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid boş vaxtlarında Fazza ləqəbi ilə şeirlər yazır. Gənc oğlanın sərvətinin ölçüsü isə 18 milyard dollara bərabərdir.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR