Əməkdar artist hansı səbəbdən ad gününü qeyd etmədi?
Bizi izləyin

Magazin1

Əməkdar artist hansı səbəbdən ad gününü qeyd etmədi?

Bu gün əməkdar artist, tanınmış aktrisa, kinomuzda və səhnəmizdə ana rollarının mahir ifaçısı Lətifə Əliyevanın doğum günüdür.

Səhhətində yaranan problemlərlə əlaqədar son vaxtlar səhnədən və kinodan ayrı düşən aktrisanı biz də təbrik etdik.

Publika.az-a danışan Lətifə xanım kefsiz olduğunu və ad gününü qeyd etməyəcəyini deyib: “Sağ olun ki, məni unutmamısınız və demək ki, sevilən aktrisanız olmuşam. Amma inciməyin, mən heç kimlə danışmaq istəmirəm. Yəqin ki, əhvalımın olmadığını səsimdən də hiss etdiniz. Məni sevən hər kəsi mən də sevirəm. Ad günümü, yəqin ki, qeyd etməyəcəyəm”.

Qeyd edək ki, “Yalan”, “Milli bomba”, “Hər şey yaxşılığa doğru”, “Yuxu”, “Nakəs”, “Hacı Qara”, “Tənha narın nağılı”, “Təxribat”, “Ovsunçu”, “Sarı gəlin”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram” və digər milli filmlərdə əsas rol alan aktrisa ümumilikdə 40 filmə çəkilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm