“İsrailli olduğumu biləndə dərhal siyasətdən danışmaq istəyirlər” - FOTOLAR
Bizi izləyin

Magazin2

“İsrailli olduğumu biləndə dərhal siyasətdən danışmaq istəyirlər” - FOTOLAR

Natali Portman “Harpers Bazaar” Amerika jurnalı üçün fotosessiyaya çəkilib. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisa fotosessiyada “Dolce & Gabbana”, “Giorgio Armani” və “Prada” kimi moda evlərinin paltarlarında çəkilib.

İndi əri xoreoqraf Bencamin Milpe və oğlu Aleflə Fransada yaşayan aktrisa jurnala ölkələr arasında mədəni fərqlər, İsrailə münasibət və onu heyran edən insanlar barədə danışıb.

Portmanın sözlərinə görə, Fransadakı həyatı Amerikadakı həyatından xeyli fərqlənir. Bu fərqlər onun gözləmədiyi məsələlərdə xüsusilə hiss olunur:

O, müsahibədə “Buranın mədəniyyəti tamamilə başqadır, özü də bu fərqlər heç gözləmədiyiniz yerlərdə hiss olunur. Məsələn, əgər oyun meydançasının ətrafında uşaqlarınla qaçıb oynayırsansa, ətrafdakı insanlar sənə baxıb dəli olduğunu düşünürlər”, - deyib.

Dillə bağlı məsələdə də maraqlı fikirlər səsləndirib: “Mən fransız dilini kifayət qədər yaxşı bilirəm. Ancaq dostlarımla fəlsəfə və ya kitablar haqqında danışmağa başlayanda başa düşürəm ki, fransızca bu səviyyədə ünsiyyət mənim üçün hələ də əlçatmazdır”.

N.Portmanın İsrailə münasibətlə bağlı da maraqlı müşahidələri var: “İsraildən olduğunu deyəndə insanlar səninlə dərhal siyasət mövzusunda danışmaq istəyirlər. Hamının bu barədə öz fikri var. Buna çox sevinirəm” - deyib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm