Onların eyni yaşda olduğuna inanmaq mümkün deyil - FOTOLAR
Bizi izləyin

Magazin2

Onların eyni yaşda olduğuna inanmaq mümkün deyil - FOTOLAR

Bu məşhurlar eyni yaşda olmasına baxmayaraq, illər onların bəziləri ilə ədalətli davranmayıb. Bəziləri olduğundan qat-qat yaşlı görünürlər. Bəzilərinə isə illər qətiyyən təsir etməyib. Əksinə, sanki daha da gəncləşiblər. Publika.az eyni yaşda olan məşhurları təqdim edir:

Amerikalı aktyor Tom Kruzla Con Stevart ikisi də 53 yaşdadırlar.

Bartu Küçükçağlayan ilə Klvanç Tatlıtuğ da eyni yaşdadır. Hər ikisi 1983-cü il təvəllüdlüdür. Amma Tatlıtuğ həmkarından daha cavan görünür.

Çak Norris və Maykl Gambon da eyni yaşdadırlar.

Məşhur əkiz Meri və Keyt Elşli Olsen bacıları ilə Meqan Foks eyni yaşdadılar.

Hazal Kaya ilə Öykü Karayelin hər ikisi eyni yaşdadılar. Onlar 1990-cı il təvəllüdlü olsa da, Hazal Kaya sanki həmkarından bir az daha cavan görünür.

Britni Spirslə Beyons eyni ildəndir. Hər ikisi 1981-ci il təvəllüdlü olsa da, Beyons daha təravətli qalıb.

Beren Saat 1984-cü il təvəllüdlüdür. Həmkarı Güpse Özay da onunla eyni ildəndir. Amma nərmə-nazik Beren Saat da daha cavan görünür.

Adel ilə Vanessa Hudgens isə 1988-ci il təvəllüdlüdür. Amma Adel kök olduğu üçün 10 yaş daha yaşlı görünür.

Buğra Gülsoy və İbrahim Çelikkol 1982-ci il təvəllüdlüdür. Lakin Gülsoy daha cavan görünür.

Engin Altan Düzyatan da Murad Yıldırım da 1979-cu il təvəllüdlüdür. İldırım həmkarından daha cavan görünür.

Cağatay Ulusoy ilə Araz Bulud İynemli də eyni yaşdadır. Hər ikisi 1990-cı il təvəllüdlüdür. Lakin İynemli həmkarından daha cavan görünür.

Candan Erçetin və Hülya Avşar 1963-cü il təvəllüdlüdür. Amma təbiət Erçetinə bir az daha yaxşı davranıb.

Yılmaz Erdoğanla Teoman 1967-ci ildə dünyaya gəlib. Amma Teoman həmyaşıdlarından daha cavan görünür.

Oqtay Kaynarca ilə Fikrət Kuşsa 1965-ci il təvəllüdlüdür.

Skarlet Yohansonla Lavigne 1984-cü il təvəllüdlüdür. Amma Lavigne sərt makiyajından dolayı yaşından daha böyük görünür.

Brüs Villis və Rovan Atkinson 1955-ci il təvəllüdlüdür. Amma Villis daha yaxşı qalıb.

Bred Pitt və Qrehem Norton eyni ildəndir. Məşhurların həs ikisi 1963-cü ildə dünyaya gəlib. Amma Pitt həmyaşıdlarından daha cavan görünür.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm